Renault şirkəti yenilənmiş Megane ailəsini təqdim edib. Diqqət çəkən dəyişikliklərdən biri qoşulan Megane E-tech və GT Line versiyasını əvəz edəcək R.S.Line modifikasiyasının peyda olmasıdır. Bundan başqa, Renault Megan 9,3-düymlük ekranı olan yeni multimedia kompleksinə sahib olub.
Vizual olaraq yenilənmiş Renault Megane modelini tamamilə işıqdiodlarından hazırlanmış Pure Vision fənərləri, yan tərəflərində “ülgüclər” olan ön bamper, dəyişdirilmiş qanadlar, yeni dizayna malik olan təkər diskləri və arxa fənərlərin dəyişdirilmiş naxışı sayəsində ayırd etmək olar. Salonda baş vermiş dəyişikliklər daha çoxdur: klimet-kontrol sistemi yeni bloka, multimedia sistemi 9,3-düymlük displeyə malik olub. İlk dəfə olaraq, Megane 10,25-düymlük rəqəmsal cihazlar paneli ilə təchiz edilib.
Renault Megane E-Tech PHEV
Modelin təchizatına Easy Drive yardımçı sistemlər kompleksinin yaxşılaşdırılmış versiyası daxil edilibdir. Bu kompleksin tərkibinə adaptive kruiz-kontrol, təcili əyləcləmə sistemi, kor zonalara nəzarət, hərəkət zolağında saxlama və sürücünün vəziyyətinə nəzarət sistemləri daxildir. Bundan başqa, Megane 160 km/saat həddinə qədər aktiv olan tıxac və şossedə hərəkət yardımçısı ilə təchiz edilib.
Renault Megane modelinin mühərrik çeşidi 1.0 TCe (120 a.q.) və 1.3 TCe (100, 115, 140 və 160 a.q.) benzin mühərriklərindən ibarətdir. 100, 115 və 120 at qüvvəli mühərriklər yalnız 6-pilləli mexnaiki qutu ilə tandemdə çalışırlar. 140 at qüvvəli mühərrik mexaniki qutu və “robot” ilə təklif edilir. 160 at qüvvəli aqreqat isə yalnız 7-pilləli EDC “robotu” ilə təchiz edilir.
Renault Megane R.S.Line
Bundan başqa, mühərrik çeşidində 95 və 115 at qüvvəsi hasil edən 1.5 BlueHDi dizeli və E-Tech hybrid qurğusu da vardır. Sonuncu qurğu 1.6-litrlik atmosfer mühərrikinin əsasında yaradılıb. Mühərrik iki elektromotor, muftasız çoxrejimli transmissiya və 9,8 kVs-lıq batareya ilə tandemdə çalışır. Elektrik ötürməsi 130 km/saat həddinə qədər sürətlənməni və 50 km-lik yürüyüşü təmin edir.
Daha bir yenilik R.S.Line təchizatıdır. Bu təchizat səviyyəsi GT Line təchizatını əvəz edib və elementlərin əksər hissəsinin R.S. versiyalarından götürüb. Belə modifikasiyanı bamperdəki F1 qanadı formasına olan işləmələrdən, buraxılış sisteminin iki çıxış borusu, idman oturacaqları, salon tərtibatı və pedalların alüminium üzlükləri sayəsində tanımaq olar.
300 at qüvvəli Megane R.S. və Megane R.S. Trophy modelləri üçün də eyni dəyişikliklər keçərlidir. Yenilənmiş Renault Megane modelinin Avropadakı satışlaına yay aylarında başlanacaqdır.