Renault şirkəti Rusiyada Duster modelinin Adventure adlı məhdud saylı seriyasını təqdim edib. Ofrouder təkər tağlarının plastik əlavələri, yan moldinqlər və qara təkər diskləri ilə təchiz edilib.
Renault Duster Adventure modeli adi krossoverlərdən kuzovun perimetri boyu plastik müdafiəsi, kuzovun tünd-boz rəngi, tündləşdirilmiş arxa şüşlər və qara rəngli 16-düymlük Cyclade təkər diskləri ilə seçilir. Xüsusi seriyanın seçilən dekor elementləri arxa dayaqdakı emblemlər və arxa bamperdə olan Adventure kəlməsi həkk edilmiş xrom əlavədir.
Tematik Duster modelinin salonunda qarışıq tərtibatı, seçilən tikişləri və xüsusi seriyanın loqotipləri olan oturacaqları, həmçinin Android Auto və Apple CarPlay tətbiqlərini dəstəkləyən və naviqasiyası olan Radio Connect audiosistemini görmək olar.
Adventure seriyasından olan ofrouderlər benzin və dizel mühərrikləri, mexaniki və avtomatik ötürmələr qutusu, tam çəkiş sistemi ilə təchiz edilir. Bu modelin Azərbaycan bazarında satılması şansı da vardır.