Renault şirkəti Kaptur modelinin çeşidini artırmağa davam edir. Bir müddət bundan öncə avtomobilin variatorla təchiz edilən sadə Life modifikasiyası haqqında söhbət açmışdıq.

Drive.ru saytının məlumatına görə, bu dəfə fransız şirkəti Kaptur Extreme adını almış məhdud sayda buraxılacaq seriyanı təqdim edib. "Ekstrim" variantı bir sıra dizayn yeniliklərinə və zəngin təchizata malikdir.

Məhdud seriyadan olan avtomobilləri 1,6 (114 a.q.) və 2,0-litrlik (143 a.q.) mühərriklər ilə sifariş etmək mümkündür. Transmissiyalar variator, 6-pilləli mexaniki və 4-diapazonlu "avtomat" qutulardan ibarət olacaqdır. Həmçinin, krossoveri öndən və tam çəkiş sistemləri ilə sifariş etmək mümkündür. Xüsusi seriyadan olan Kaptur modellərini kuzovun fil sümüyü, qəhvəyi şabalıd və qara mirvari rəngləri, damın isə, müvafiq olaraq qəhvəyi, qara və fil sümüyü rəngləri ilə sifariş etmək olar.

Bundan əlavə, ön qanadlarda seriyanın adı həkk edilmiş emblemlər də olacaqdır.

Kaptur Extreme modelinin təchizatına Pure Vision işıqdiodlarından fənərlər, ön dinamik dönmə işıqları, işıqdiodlarından 3D effekti olan arxa fənərlər, qara və ya qəhvəyi rəngli 17-düymlük Steppe təkər diskləri, dam rəngində yan güzgülər, yeddi düymlük sensorlu ekranı olan Media Nav 3.0 multimedia sistemi, iki zonalı klimat-kontrol, kart-açar, mühərrikin uzaqdan işə salınması və döngələrin əlavə işıqlandırılması sistemi daxildir.  

Bundan başqa, arxa parktronik və görüntü kamerası, avtomatik qaralan elektroxrom salon güzgüsü, klimat-kontrolun blokunun ay işığı rəngində işıqlandırması, hər iki günlükdə makiyaj güzgüsü, havalandırma sisteminin və qapı dəstəklərinin Irvoire Adodisu rəngində işıqlandırması, elektron stabilləşdirmə sistemi, dörd təhlükəsizlik yastığı və işıq və yağış sensorları daxildir. Kaptur Extreme Azərbaycan bazarında satıllmayacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt