Renault şirkəti məsafə rekordunu qeydə almaq istədiyi Filante Record 2025 konseptini təqdim edib. Elektromobil sportprototipləri ilə məşhur olan Ligier firması ilə əməkdaşlıqda yaradılıb və yeni texnologiya və materialları nümayişçisidir. Karbonpalstikin bolluğu ilə artıq kimi isə təəccübləndirmək mümkün deyil, buna görə də fransızlar Filante Record 2025 prototipinin konstruksiyasında perspektivli ərintilərdən də istifadə ediblər.

Image alt Image alt Image alt Image alt

Aerodinamika, səmərəlilik və praktiklik arasında kompromis tapmağa çalışan Mercedes-Benz Vision EQXX prototipindən fərqli olaraq, Renault Filante Record 2025 yalnız rekordlar üçün yaradılıb. Onun dizaynı əsasən 1925 və 1956-cı illərdə inşa olunmuş tarixi 40 CV des Records və Étoile Filante modellərinə ithafdır, lakin müəlliflər əsas ilham mənbəyi kimi aeronavtikanı göstərirlər.

Uzunluğu 5 metrdən bir qədər çox olan Filante Record 2025 modelinin eni cəmi 1,19 metrdir. Onun çəkisi bir tondur, bunun 600 kiloqramı isə, batareyanın payına düşür. Batareya Renault Scenic E-Tech modelindəki ilə eyni tutuma malikdir: 87 kilovat/saat. Batareyanın hüceyrələri modullardan yan keçərək birbaşa bloka qablaşdırılır ki, bu da doldurma qabiliyyətini yaxşılaşdırır və çəkini azaldır. Onun gövdəsi karbonplastindən hazırlanıb ki, bu da konseptin konstruksiyasında istifadə olunan yeganə yüngül material deyil.

Filante Record 2025 modelinin şassisi və kokpiti karbon lifi, habelə polad və alüminium ərintilərinin qarışığından hazırlanır.  Onların arasında 3D çap üçün xüsusi olaraq hazırlanmış yüksək möhkəm Scalmalloy poladı da var. Parçaların forması kompüterdə topoloji optimallaşdırma texnologiyasından istifadə etməklə, yəni yüklənməyən yerlərdə boşluqlar yaratmaqla hesablanır.

Aerodinamikaya gəlincə isə, fransızlar avtomobilin ətrafındakı hava axınını maksimum dərəcədə optimallaşdırıblar və elementlər arasındakı keçidə xüsusi diqqət yetiriblər – bu sahədə Renault şirkətinə Ligier Automotive firması kömək edib. Əsas məsələ üslub və səmərəlilik arasında tarazlığı tapmaq idi, ona görə də əsas turbulentlik mənbəyi kimi təkərləri, həmçinin asqı komponentlərini axarlı etmək gərək olub.

Konsept üçün şinlər Michelin tərəfindən "bişirilib". Onlar istifadə olunan qarışığın tərkibi, dizaynı və konstruksiyası ilə fərqlənirlər ki, bu da yırğalanmağa qarşı ultra aşağı göstəricini təmin edir - adi şinlərdəkindən 40% az. Nəhayət, avtomobilin kondisioner sistemi yoxdur – onun rolunu ağıllı hava dövranı sistemi ifa edir. Nə sükan çarxı, nə də əyləclər mexaniki əlaqəyə malik deyillər ki, bu da yeni idarəetmə konsepsiyasından yararlanmağa imkan verib. Sükanı mərkəzində çevik silindrik displey və müəyyən funksiyaları idarə etmək üçün gərək olan düymələr yerləşdirilmiş şturval ilə əvəzləyiblər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Filante Record 2025 prototipinin sürücüsü texniki parça ilə üzlənmiş karbonplastikdən çərçivəsi və üzərinə qamak kimi kanvas çəkilmiş qəribə görünüşlü oturacaqda əyləşəcək. Hələlik bütün bu gözəllik yalnız virtual mühitdə mövcuddur - hətta onun aerodinamikası da yalnız simulyasiyalarda hesablanıb. Aerodinamik hava tunelindəki sınaqlar bu ilin yazına planlaşdırılıb. Sınaqlarda tamölçülü maket yoxsa işlək prototipdən istifadə ediləcəyi hələlik məlum deyil.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.