Renault şirkətinin model xəttində avtomobil istehsalçısının milyardlarla dollarlıq itkilərdən yaxa qurtarmağa kömək edəcək iki elektrik krossoveri peyda olacaqdır. Britaniyanın Autocar nəşrinin bildirdiyinə görə, yeni modellərin əsasını CMF-EV platforması təşkil edəcək, onların dizaynı Morphoz konseptinin üslubunda hazırlanacaqdır.
2020-ci ilin ilk yarısında Renault şirkətinin itkiləri yeddi milyard avronu keçib. Çətin maliyyə vəziyyətini aradan qaldırmaq üçün görüləcək tədbirlərdən biri də bazara yeni elektrokarların çıxarılması da daxil olmaqla, model çeşidinin elektrikləşdirilməsidir.
2021 və ya 2022-ci illərdə avtomobil istehsalçısı Dacia markası altında büdcə elektromobilini təqdim etmək, həmçinin Smart EQ ForFour platformasında inşa edilmiş Twingo modelinin elektrik versiyasını buraxmaq niyyətindədir.
İndi isə iki elektrik krossoveri haqqında məlumat peyda olub. Birinci elektrokar CMF-EV arxitekturasına əsaslanan və ölçülərinə görə Kadjar modeli ilə müqayisə edilən bilən elektrik krossoveri olacaqdır. Bu elektrokar daha yaxşı aerodinamik effektivliyi təmin etmək üçün xüsusi kuzova və kiçik klirensə malik olacaqdır.
İkinci elektrokar ölçülərinə görə birincidən kiçik olacaqdır - elektrokarın ölçüləri Avropada satılan Captur modeli ilə eyni olacaqdır. İki elektromobili birləşdirən ümumi cəhət, 2020-ci ilin yazında təqdim olunmuş Morphoz konseptinin üslubunda olan dizayndır.
Morphoz konseptinin əsas xüsusiyyəti, seçilmiş hərəkət profilindən asılı olaraq, fiziki ölçülərini dəyişdirə bilməsidir. Məsələn, şəhər rejimində oxlar arasındakı məsafə 2.73 metr, Travel rejimində isə 2.93 metrdir.
Transformasiya ön qanadın eninin dəyişdirilməsi, kapotun və kuzovun arxa hissəsini uzadılması hesabına baş verir. Eyni zamanda, elektromobilin silueti daha axarlı olur, aerodinamik müqavimət əmsalı azalır ki, bu da yürüş ehtiyatına təsir edir.