Bir çox avtomobil istehsalçıları idmanda əldə etdikləri uğurları qeyd etmək üçün buraxdığı avtomobilləri xüsusi məhdud saylı modifikasiyasını hazırlayır. Formula 1 azarktşlərinin bildiyi kimi Renault markası bu il bu çempionatda iştirakının 40 illik yubileyini qeyd edir. Əlamətdar hadisəni qeyd etmək üçün fransız şirkəti xüsusi sarı çaydan buraxıb.

1977-ci ildə Renault şirkəti Formula 1 çempionatında bəxtini sınamaq qərarına gəldi. Fransızlar bu çempionat üçün qeyri-adi olan texniki konsepsiyanı seçmişdi - sarı-qara livreyaya malik olan Renault RS01 bolidi turbomühərrik ilə hərəkətə gəlirdi. Qaydalar turbomühərriklərin istifadəsinə icazə versə də, artıq uzun müddətdir ki heç kim bundan istifadə etmirdi. Fransızların bu hərəkəti bir çoxlarının rişxənd obyektinə çevrilmişdi. Britaniyadakı mərhələdə debüt edən sarı-qara rəngli bolid ən çox nasazlıqları ilə yadda qaldı.

Komandanın pilotu Jan-Pyer Jabuy trekə çıxandan bir müddət sonra sürəti azaltmalı və bokslara qayıtmalı olurdu.  Bolidin turbomühərriki satqıncasına tüstüləyirdi. Buna çörə də paddokda Renault RS01 bolidinə «sarı çaydan» adını vermişdirlər.

Lakin, bütün bunlara baxmayaraq fransızlar təslim olmadılar və turbomühərriklərin böyük potensiala malik olduğunu sübut etdilər. Gənc fransız pilot Alen Prost 1981-ci ildə Renault üçün ilk qələbəni əldə etdi.

Bu gün Renault Formula 1 yarışlarında 11 çempionluq tituluna və 12 konstruktorlar kubokuna sahib olmuş bir komandadı. Caydana gəldikdə isə dizaynerlər ona Formula 1 bolidlərinə xas olan cizgiləri verməyə müvəffəq olublar. Onun dəstəyi bolidin arxa antiqanadını xatırladır. Lülək isə F1 bolidinin burun hissəsi ilə bənzərlik daşıyır. Su tökülən yer isə, pilotun kokpitinə bənzəyir. Üstəlik də, çaydan Renault boldilərinin sarı rəngə boyanıb və qara rəngli alt hissəyə malikdir.

Sarı çaydan sentyabr ayından başlayaraq 129 avroya satılacaqdır. Çaydanı Chams-Elysees küçəsindəki Atelier Renault salonunda və yaxud onlayn Atelier mağazasından əldə etmək olar.  

Image alt Image alt Image alt Image alt