Renault şirkləti əvvəllər anons edilməmiş konsept avtomobilinin ilk təsvirini yayıb. Yeni konept fransız markasının ətraf mühitin müdafiəsi və təhlükəsizliyi sahəsindəki niyyətlərini nümayiş etdirməlidir. İşıqlanan loqotipi olan futuristik görünüşlü avtomobilin dizaynı Renault şirkətinin dizayn üzrə direktoru Jil Viday tərəfindən hazırlanıb.Konseptin təqdimatı may ayında keçirilməlidir.

Konseptual hidrogenmobil təfərrüatlar açıqlanmadan ümumi sözlərlə təsvir olunur. Məsələn, Renault “yaradıcılar komandasının müxtəlifliyindən” və “avtomobilin əlçatanlığından” danışaraq, “sürücü və sərnişinlərin təhlükəsizliyini artıran texnoloji həllərə” eyham vurub. Fransızlar dünyada bu avtomobilin bənzərinin olmadığını da iddia edirlər.

Məlum olduğu kimi, Renault Group 2022-ci ildə yeddi yeni avtomobili təqdim etməyi planlaşdırır. Onlardan dördü artıq nümayiş olunub, beşincisi isə, Avropada satılacaq Austral krossoveri olmalıdır. Daha iki modeli Rusiya bazarı üçün bəyan edilib. Çox güman ki, söhbət Logan vəı Sandero modellərinin üçüncü nəslindən gedir.

2023-cü ildə Reanult beş təqdimatı keçirməyi planlaşdırır ki, bunların arasında Twizy elektrokarının varisi və yeni Kangoo EV sərnişin kompaktveni də var. 2024-cü ildə fransız istehsalçısı bazara 11 yeni avtomobili, 2025-ci ildə isə dörd yeni modeli çıxarmalıdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.