Renault-Nissan ittifaqı ənənəvi liserlər olan Volkswagen və Toyota konsernlərini geridə qoyaraq dünyanın ən iri avtomobil istehsalçısına çevrilib.
Fransız-yapon qrupu cari ilin altı ayı ərzində 5268079 ədəd avtomobil satmışdır ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə yeddi faiz çoxdur. Bu barədə xəbəri Automotive News nəşri dərc edib.
İkinci yeri tutan Volkswagen konserni birinci yarımildə 5,15 milyon (+0,8%) avtomobil satıb. Qrupun ən yüksək artım səviyyəsi gpstərmiş markaları Seat (+13,7%) və Bentley (+30,6%) olub. Volkswagen markasının satışları 0,3 faiz artmışdır. Ən pis göstərici Audi markasının payına düşüb - mənfi 4,7%. Satışlar üzrə üçüncü yeri Toyota tutub. Yapon istehsalçısı 5129000 ədəd (+2,7%) avtomobil satıb.
Liderlər beşliyini 2,2 milyonluq satışla Hyundai-KIA (- 7,9%) və 1,36 milyonluq göstərici ilə PSA Peugeot Citroen (+2,4%) ittifaqı tamamlayıb.