Renault şirkəti retro mövzulara alüdə olub və köhnə modellərin reinkarnasiyasına hazırlaşır. Bu qəbildən olan ilk model Renault 5 hetçbeki olacaqdır. Bu avtomobil artıq konsept şəklində nümayiş etdirilib. Onun ardınca bazara köhnə Renault 4 modelinin motivləri üzrə yaradılmış krossover çıxmalıdır. Hələlik şirkət bu avtomobilin yalnız tizerlərini yayımlayıb, eyni zamanda, fransızlar orijinal “dördlüyün” qeyri-adi variasiyalarını hazırlamaqla məşğuldurlar.

Məsələn, keçən ay Renault 4 Suite №4 konsept avtomobili təqdim edilib ki, bu konseptin salonunun arxa hissəsi şəffaf şüşələri və damı olan istirahət otağına çevrilib. “Yataq bölməsinə” giriş arxa tərəfdəki yuxarı qalxan qapı vasitəsi ilə həyata keçirilir, bununla belə, kabin demək olar ki, əzəli vəziyyətdə saxlanılıb. Bundan başqa, avtomobil elektrik dartmasına keçirilib. İndi isə, fransızlar Renault Air4 adlı daha cəsarətli layihəni təqdim ediblər.

Bu dəfə orijinal Renault 4 modelindən ümumiyyətlə heç nə qalmayıb. Konsept karbonplastikdən hazırlanmış və Renault 4 modelinə bənzədilmiş korpusu olan tam ölçülü tək yerli kvadrokopterdir. Konseptin inşası ilə müxtəlif alternativ nəqliyyat vasitələrinin yaradılması və inşası üzrə ixtisaslaşmış TheArsenale şirkəti həvalə olunub.

Renault Air4 statik heykəl deyil, işlək uçan aparatdir. O, hər birinin maksimal dartması 95 kiloqram (ümumilikdə 380 kiloqram) ikipərli dörd vintə malikdir. Korpusda 90 amper-saat tutumu olan 100-voltluq litium-polimer batareyası quraşdırılıb. Aparatın maksimal qalxış sürəti 14 metr/saniyədir, lakin təhlükəsizlik baxımından sürət 4 metr/saniyə həddində məhdudlaşdırılıb. Üfüqi uçuşun sürəti təqribən 85-90 km/saatdır. Maksimal hündürlük 700 metrdir.

Image alt Image alt Image alt Image alt Image alt

Renault Air4 aparatından yalnız reklam məqsədləri üçün istifadə ediləcəkdir. Aparat ABŞ da daxil olmaqla müxtəlif ölkələrə turneyə yollanacaqdır. Gələcək Renault 4 modelinə gəldikdə isə, seriya avtomobili 2024-cü ildən əvvəl debüt etməyəcəkdir. Çox güman ki, yeni retro-krossoverin prototipini daha əvvəl görəcəyik.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.