Bu gün Renault komandası yeni mövsümdə çıxış edəcək bolidini təqdim etmişdir. Renault R.S. 17 adını almış avtomobilin üzərindəki örtük Niko Hülkenberq və Colion Palmerin iştirakı ilə qaldırılmışdır.

Enstoun kollektivinin nümayəndələri böyük ümidlər bəslədiyi bolididn onlara peletonun ortasında mübarizə aparmaq çansını verəcəyindən əmindirlər. «Biz Mühəndislər Kubokunda beşinci yeri tutmağı ümid edirik», - deyən Renault Sport’un prezidenti Jerom Stoll komandanın hədəflərini açıqlamışdır. Renault R.S.17 bolidi, zavod komandasının Formula 1 çempionatında qayıdışından sonra sərbəst şəkildə hazırladığı ilk boliddir. Xatırlatmaq istərdik ki, zavod kollektivi Lotus komandasının bazasında yaradılmışdır. Texniki reqlamentin dəyişməsi səbəbindən, bundan əvvəl təqdim edilmiş Willams və Sauber bolidləri kimi, Renault R.S.17 də sıfırdan yaradılmışdır. Elə həmin bolidlərdə olduğu kimi də, avtomobilin burun hissəsinin dizaynı dəyişilməz qalmışdır. Eyni zamanda, bolidin yarış livreyasındakı rənglərdə dəyişiklik mövcüddur - sarı rəngə azalmış, qara rəngə boyanmış sahə isə çoxalmışdır. Təqdimat zamanı bir sıra bəyanatlar da səsləndirilmişdir. Belə ki, rusiyalı Sergey Sirotkin ehtiyat pilotu vəzifəsini tutmuş, «Professor» ləqəbli Alen Prost isə xüsusi məsləhətçi qismində komandaya qoşulmuşdur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt