Renault şirkəti Braziliyada və Argentinada satılan «qaynar» Sandero RS hetçbekinin xüsusi modifikasiyasını təqdim etmişdir. Racing Spirit («Yarış ruhu») adlandırılmış xüsusi modifikasiya genişləndirilmiş baza təchizatına malikdir.
Xüsusi modifikasiya, 205/45 ölçülü Michelin Pilot Sport 4 şinləri ilə təchiz edilmiş 17-düymlük təkər disklərini əldə etmişdir. Xatırladaq ki, adi Renault Sandero RS modeli 16-düymlük təkər diskləri və Continental şinləri ilə təklif edilir. Yarış ruhunu həmçinin qırmızı rəngə boyanmış əyləc supportlarına və kuzovun qırmızı haşiyələrinə görə tanımaq mümkündür.
Fransız istehsalçısı cəmi 1500 ədə bu seriyadan olan avtomobili buraxmağı planlaşdırır. Avtomobilin salonunda, ötürmə qutusunun dəstəyinin yanında, onun fərdi sıra nömrəsini bildirən xüsusi lövhəcik quraşdırılacaqdır. Hetçbekin interyeri də qara-qırmızı tonlarda tərtib edilmişdir. Avtomobil 150 at qüvvəsi və 205 Nm fırlanma anı hasil edən 2.0-litrlik atmosfer mühərriki ilə hərəkətə gəlir. Güc aqreqatı ötürmə sayı «qısaldılmış» altı pilləli mexaniki qutu ilə tandemdə çalışır. 100 km/saat həddinə hetçbek səkkiz saniyəyə sürətlənir və 202 km/saat maksimal sürətə malikdir.
Xüsusi modifikasiyanın kütləvi nümayişi iyun ayında keçiriləcək Buenos-Ayres avtosalonunda keçiriləcəkdir. Onun istehsalı Braziliyanın Kuritibe şəhərində aparılacaqdır.