Renault şirkətinin Cənubi Afrikadakı nümayəndəliyi yenilənmiş Sandero modelinin ilk şəkillərini dərc edib. Hetçbek, Megane modelinin üslubunda əlavə bölmələrə malik olan arxa fənərlərə, həmçinin irilənmiş emblemlərə sahib olub. Bundan başqa, radiator barmaqlığı və bamperlər yüngül şəkildə modernizasiyadan keçiblər.
Cənubi Afrikada yenilənmiş Sandero 79 at qüvvəli 1,0-litrlik benzin mühərriki, onun etanolla işləyən 82 at qüvvəli variantı, həmçinin 115 və ya 118 qüvvəli variantlarda təklif edilən 1,6-litrlik SCe mühərriki ilə təchiz edilir. Transmissiya - 5-pilləli mexaniki və Easy R «robotunu» əvəzləmiş variatordur.
Sandero R.S. modelinə gəldikdə isə, hetçbek 145 at qüvvəsi hasil edən 2,0-litrlik və ya bu mühərrikin etanolla işləyən 150 at qüvvəli variantı ilə təchiz edilir. Sonuncu mühərriklə, hetçbek 100 km/saat həddini 8,4 saniyəyə toplayır və 200 km/saatlıq maksimal sürət həddinə malikdir. Zahiri cəhətdən «qaynar» hetçbek tündləşdirilmiş arxa fənərləri və R.S. nişanı ilə fərqlənir.