“AutoExpress” nəşrinin iddiasına görə, yeni Renault Scenic modeli elektrik krossoverinə çevriləcəkdir. Nəşrin əldə etdiyi məlumatlara görə, Scenic modelinin beşinci nsəli 2024-cü ildə debüt edəcək, dəbli dizaynı və geniş beşyerli salonu ilə seçiləcək, habelə E-Tech indeksinə sahib olacaqdır. Yeni modelin əsasını Megane E-Tech elektrokatından tanış olan CMF-EV platforması təşkil edəcəkdir. Britaniyalılar Renault Scenic modelinin birbaşa rəqibinin Volkswagen ID.4 modelinin olacağını düşünürlər.
Cari Renault Scenic modeli 2016-cı ildə debüt edib, lakin hər il onun satışları azalmaqdadır. Qeyd etmək lazımdır ki, kompaktven hətta plan üzrə restaylinqdən də keçməyib. Nəsil dəyişikliyi yaxında baş verməlidir və kompaktvenin elektrik krossoverinə çevrilməsi Renaulution planına uyğundur.
Yeni Scenic modelinin Megane E-Tech elektrokarı ilə ümumi platformanı bölüşməsi onun 40 və 60 kilovat-saatlıq batareyaları alacağından xəbər verir. “AutoExpress” nəşrinin hesablamalarına görə, Scenic modelinin baza versiyası 320 kilometrə qədər məsafə qət edə biləcəkdir. Onun top versiyası isə daha “uzunmənzilli” olacaqdır.
Gələcək Scenic modelinin üstün cəhətləri arasında tutumlu baqaj bölümü, salonun geniş transformasiya imkanları və ikincə cərgənin sərnişinlərinin ayaq zonasındakı böyük məkan var. Krossoverin ön paneli Megane E-Tech modeli ilə unifikasiya ediləcəkdir. Britaniyalılar Renault şirkətinin yeddiyerli Grand Scenic modelinin buraxacağını da istisna etmirlər. Belə krossover ikimühərrikli güc qurğusu ilə də təchiz edilə bilər.
Bununla belə, Alpine tərəfindən təkmilləşdirilmiş “bərkgedən” Renault Scenic modelinin hazırlanacağı gözlənilmir. Sportkar istehsalçısı CMF-EV platformasında özünün Alpine GT X-Over adlı kross-kupesini buraxmağı planlaşdırır. Bu krossover 2025-ci ildə debüt etməlidir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.