Renault şirkəti Inıtiale Paris ondeksinə sahib olan dəbdəbəli modifikasiyaların sayını artırmışdır. Belə modifikasiyalar Scenic kompaktveninin və onun uzunbazalı Grand Scenic variantı üçün də təsis edilmişdir.
Scenic və Grand Scenic modellərinin dəbdəbəli variantları 20 düymlük təkər disklərinə və xüsus radiator barmaqlığına sahib olmuş, onalrın kuzovu isə eksklyuziv bənövşəyi rənginə boyanmışdır. Bundan başqa, kuzovda dəbdəbəli modifikasiyanın adı yazılmış emblemlər də peyda olmuşdur.
Dəbdəbəli avtomobillərin interyerində də Inıtıale Paris yazılmış xüsusi lövhəciklərə rast gəlmək olar. Bununla yanaşı, modellərin oturacaqları yüksək kefiyyətli Nappa dərisi ilə üzlənmişdirlər. Sükan çarxı və ötürmələr qutusunun dəstəyi də eyni yüksək kefiyyətli dəri ilə işlənmişdirlər.
Renault Scenic və Grand Scenic Inıtıale Paris modellərinin təchizatına massaj funksiyaları olan oturacaqların elektriklə tənzimlənməsi və qızdırılması, Bose səs sistemi, rəngli proyeksiya displeyi, həmçinin dayanacaq assistenti daxildir.
Opsional olaraq panorama tavanı, zolaqlara nəzarət sistemini, Grand Scenic modeli üçün əlavə iki oturacağı sifariş etmək olar. Yeni modifikasiyaların mühərrik çeşidinə 130 at qüvvəli benzin turbomühərriki , həmçinin 130 və 160 at qüvvəli turbodizellər daxildir. Ən güclü mühərrik iki muftalı robotlaşdırılmış transmissiya ilə təchiz edilir.
Renault Scenic Initiale Paris modelinin qiyməti 33200 avrodan, Grand Scenic ‘in isə 33800 avrodan başlayır.