Renault şirkəti MeganE elektrokarı barədə təfərrüatları paylaşıb və hazır olan prototiplərin şəkillərini dərc edib. Seriya elektromobilinin 217 at qüvvəli elektrik mühərrikinə və 60 kilovat-saatlıq tutumu olan batareyanı alacaqdır. MeganE hetçbeki WLTP dövrünə əsasən 450 kilometr məsafə qət edəcəkdir.
Hazırda Fransanın Due şəhərindəki zavodda 30 ədəd seriyaöncəsi elektrik avtomobili sınaqdan keçirilir. Elektrokarın tam ölçülü istehsalına sentyabr ayında başlanacaqdır.
Renault şirkətindən prototiplərin bütün parametrlərinin "əmtəə" versiyasına uyğun olduğunu qeyd ediblər. Elektromobilin əsasını Renault-Nissan-Mitsubishi alyansının yeni CMF-EV platforması təşkil edir. Qabaritlər baxımından, yeni model dördüncü nəsil Megane modelindən kiçikdir.
Seriya elektrokarı 2020-ci ildə nümayiş etdirilmiş konseptdən ənənəvi yan güzgüləri, ön tərəfin bir qədər sadələşdirilmiş dizaynı və adi çərçivəli qapıları ilə seçilir. Bununla belə, Jaguar üslubunda olan çıxan ön qapı tutacaqları yerlərində qalıblar.
Dərc olunmuş məlumata əsasən, konseptin 217 at qüvvəli elektrik mühərriki və 11 santimetr qalınlığındakı 60 kilovat-saatlıq batareyadan ibarət olan elektrik güc qurğusu birbaşa seriya modelinə köçürülüb.
Seriyaöncəsi prototiplərin dinamik xüsusiyyətləri açıqlanmır, lakin konseptin 100 km/saat həddinə səkkiz saniyədən az vaxta sürətləndiyi məlumdur. Elektrikomobil dolu batareya ilə, Londondan Nyukasla qədər olan məsafəni (təxminən 450 kilometr) cərəyan yükləmədən qət etmək iqtidarındadır.