Renault şirkətinə məxsus olan Alpina firması Monte-Karloda keçirilmiş mərasində Vision adlı konseptual kupeni təqdim etmişdir. Konsept yenidən bərpa edilmiş markanın ilk avtomobilinin seriya öncəsi prototipidir. Alpine nümayəndələrinin sözlərinə görə, seriya modelində konseptdə həllini tapmış dizayn üslubunun 80 faizi qorunub-saxlanacaqdır. Seriya avtomobilinin təqdimat mərasimi bu ilin ikinci yarısında - Paris avtomobil salonunda baş tutmalıdır. Onun rəsmi satışlarına isə 2017-ci ildə start veriləcəkdir.

Mühərriki bazada yerləşən sportkarın çəkisi 1100 kiloqram təşkil edəcəkdir. Kupenin Renault Clio RS modelindən götürülmüş, iş həcmi 1,6-litrdən 1,8-litrə artırılmış «turbodördlüklə» təchiz ediləcəyi ehtimal edilir. Bu mühərrikin standart variantının gücünün 250 at qüvvəsi təşkil edəcəyi bildirilir.

Sonrada, modelin gücü 300 at qüvvəsi olan mühərriklə təchiz edilən «qaynar» RS variantı da olacaqdır. Gücləndirilmiş mühərrik yeni silindirlər bloku başlığı və təkmilləşdirilmiş soyutma sistemi ilə təchiz ediləcəkdir.

Mühərrik, ötürmələri sükanaltı dəstəklər vasitəsilə həyata keçirməyə imkan verən iki muftalı yeddi diapazonlu robotlaşdırılmış sürətlər qutusu ilə birgə çalişacaqdır. Alpine nqmayəndələrinin iddia etdiklərinə görə, avtomobil 100 km/saat həddini 4,5 saniyədən az vaxta toplayacaqdır. Yeni sportkar 50 min avrodan başlayan qiymətlərlə satılacaqdır. Kupe Audi TT, Alfa Romeo 4C və Porsche Cayman modelləri ilə rəqabət aparacaqdır.

Fransızların bildirdiyinə görə, Alpine markasının model cərgəsi yeganə avtomobillə məhdudlaşmayacaqdır. Kupe modelindən sonra, hibrid güc aqreqatı ilə təchiz edilmiş krossoverin də hazırlanacağı bildirilir.

Alpine avtomobillərinin istehsalına 1995-ci ildə son verilmişdir.  2012-ci ildə Renault və Caterham şirkətləri markanı dirçəltmək haqqında razılığa gəlsələrdə, Britaniya şirkəti 2014-cü ildə bu layihədən imtina etmişdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt