Renault şirkəti Frankfurt avtosalonunda yeni prototip nümayiş etdirəcəyini bəyan edib. Konsept Symbioz adlanır və franız istehsalçısının 2030-cu ilin nəqliyyat vasitələrinə baxışını əks etdirir.
Konseptin adı yunan dilindən tərcümədə «birgə həyat» deməkdir. Eyni zamanda, prototipin adındakı Z hərfi isə Z.E. xəttinə işarə edir. Xatırladaq ki, bu adla Renault markasının indiki elektromobilləri buraxılır. Bununla belə, istehsalçı konsept barədə texniki məlumat verməyib. Renault nümayəndələrinin bildirdiyinə görə, prototip daima ətraf mühit və yol infrastrukturu ilə qarşılıqlı əlaqə saxlayacaq, həmçinin sahibinin rəqəmsal həyatını dəstəkləyəcəkdir. Bildiyimiz kimi, bu prototiplə yanaşı, Renault şirkəti bizim alıcılar üçün əhəmiyyət kəsb edən daha bir yeniliyi nümayiş etdirəcəkdir.
Bu Renault/Dacia Duster modelinin ikinci nəslidir.