Renault markası Hindistan bazarında satılacaq növbəti büdcə modelini təqdim edib. Renault Triber adlanan model Kwid krossoveri ilə eyni platformanı paylaşır. Yeni kompaktven beş və yeddi yerli salonla təklif ediləcəkdir.

Hindistanda Triber modelinin populyar olacağı məlumdur. O da məlumdur ki, bu ölkədə uzunluğu dörd metrdən az olan avtomobillərə xüsusi vergi güzəştləri tətbiq edilir. Üstəlik, yerli bazarda Renault Triber kompaktveninin, Datsun Go+ modeli istisna olmaqla, birbaşa rəqibi yoxdur.

Renault Triber modeli CMF-A modul platformasında inşa edilib. Avtomobilin qabarit uzunluğu 3990 mm, eni – 1739 mm, hündürlüyü – 1643 mm, təkər bazasının genişliyi isə, 2636 mm-dir. Kompaktvenin klirensi 182 mm təşkil edir. Baqaj bölümünün həcmi oturacaqların konfiqurasiyasından asılı olaraq 84-625 litr arasında dəyişir.

Triber modeli standart olaraq 185/65 ölçülü şinlər taxılmış 15-düymlük yüngüllehimli disklər isə təchiz edilir. Bundan başqa, modelin avadanlıq siyahısına parklama vericiləri, cihazlar panelindəki 3,5-düymlük displey və multimedia sisteminin 8,0-düymlük displeyi daxil edilib. Multimedia sistemi Apple CarPlay və Android Auto əlavələrini dəstəkləyir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hindistan bazarında Renault Triber 72 at qüvvəsi hasil edən 1,0-litrlik üçsilindrli mühərrik ilə təklif ediləcəkdir. Transmissiyalar 5-pilləli mexaniki və avtomatik qutulardır. Gələn il kompaktven eyni həcmli turbomühərrikə də sahib olacaqdır.

Kompaktvenin satışlarına avqust ayında başlanmalıdır.