Dünən “Renaulution” adlı inkişaf strategiyanın təfərrüatlarını açıqlayan Renault şirkəti, daha bir yeniliyi - yığcam 5 Prototype elektrokarını təqdim edib. 2025-ci ilə qədər fransız markası yeddi elektromobil və yeddi C/D sinifindən olan avtomobillər də daxil olmaqla 14 vacib modeli buraxacağını və “İT həlləri, xidmətlər və təmiz enerji markası” olacağını vəd edib.
Yeni “Nouvelle Vague” (“Yeni Dalğa”) inkişaf erasının müjdəçisi Renault 5 Prototype konseptidir. Bu konsept, 1972-1996-cı illərdə istehsal olunan və 5,5 milyon nüsxədə satılmış əfsanəvi R5 hetçbekinə həsr edilib.
Konsept, R5 modelini xatırladan futuristik görünüşə və kuzovun hamar səthlərinə sahib olub. Yeganə istisna - inkişaf etmiş təkər tağlarıdır. Digər xüsusiyyətlər arasında geniş alın şüşəsini, iri ön bamperi və gündüz hərəkət işıqları funksiyasını yerinə yetirən qeyri-adi duman əleyhinə fənərləri var.
Qara parça ilə örtülmüş dam, kiçik yan güzgülərə qədər uzanan qırmızı zolaq ilə vurğulanır. Qırmızı rəngə təkər disklərinin mərkəzi və baqaj qapağının üzərindəki “5” rəngi də boyanıbdır. Yeri gəlmişkən, “5” rəqəmini duman əleyhinə fənərlərin içində və ön qapılarda da görmək olar.
Kapotda R5 modelinə başqa bir istinad var - qırmızı ildırım çəkilmiş dekorativ qara barmaqlıq. Belə havalandırma girişləri daxili yanma mühərrikləri ilə təchiz edilən Renault 5 modelində tətbiq olunurdu. Barmaqlığın altında elektromobilin batareyasını doldurmaq üçün slot yerləşir.
Renault konseptin salonunu nümayiş etdirməyib, yalnız interyer tərtibatında “elektronika, mebel və idman dünyasından” götürülmüş materiallardan istifadə olunduğunu bildirib. Şəkillərin birində konseptin içində rəqəmsal cihazlar panelinin “süzən” şüşə ekranını göstərilir. Bundan başqa, oturacaq başlıqları вф işıqlandırma funksiyası ilə təchiz edilmişdir .
Renault şirkəti gələcək modellərini qabaqcıl elektronika və süni intellektə əsaslanan texnologiyalar ilə təchiz etməyi planlaşdırır və 2022-ci ilə qədər quraşdırılmış Google dəstəyi olan yeni My Link multimedia sistemini təqdim etməlidir. Elektromobillər CMF-EV və CMF-B EV platformalarına əsaslanacaqlar. Birinci platforma 2021-ci ildə istehsalına başlanacaq Megane eVision elektrik konseptinin seriya versiyası əsasını təşkil edəcəkdir.