Renault şirkəti Fransa bazarı üçün Megane hetçbekinin Akaju adını almış top variantını təqdim etmişdir.
Yeni top variant adı Megane hetçbekindən unikal dizayna malik olan 18-düymlük təkər diskləri, avtomobilin xüsusi seriyadan olduğunu xəbər verən loqotiplərin mövcudluğu, həmçinin interyerin tərtibatı ilə seçilir. Megane Akaju modelinin interyerinin tərtibatında tünd-qəhvəyi dəri və alüminiumdan istifadə edilmişdir.
Bundan əlavə, xüsusi seriyadan olan hetçbek genişləndirilmiş avadanlıq siyahısına sahib olmuşdur. Bunlara misal olaraq Bose premium səs sistemini, isitmə və massaj funksiyası olan ön oturacaqları, Apple CarPlay və Android Auto əlavələrini dəstəkləyən müasir multimedia sistemini göstərmək olar.
Renault Megane Akaju üç güc aqreqatı ilə təklif ediləcəkdir. Söhbət 130 at qüvvəli 1,2-litrlik benzin mühərrikindən və 110 at qüvvəli 1,5-litrlik, həmçinin 130 at qüvvəli 1,6-litrlik dizel aqreqatlarından gedir. Güc aqreqatları mexaniki və robotlaşdırılmış ötürmə qutuları ilə tandemdə çalışa bilərlər. Xüsusi seriyadan olan hetçbeklər Fransada 27700 avrodan başlayan qiymətlərlə sayılacaqdırlar.