Renault şirkəti avtonom idarəetmə, elekrik sistemləri və rabitə texnologiyaları sahəsindəki perspektiv araşdırmalarını nümayiş etdirən xüsusi platformanı – Renault Symbioz Demo konseptini təqdim edib. Symbioz Demo prototipi bu il Frankfurt avtosalonunda nümayiş etdirilmiş Symbioz konseptinin təkmilləşdirilmiş variantıdır.

“Ağıllı evə” inteqrasiya edilən konsept dördüncü səviyyə avtonom idarəetmə sistemi, elektrik güc aqreqatı və sərnişinlər üçün nəzərdə tutuluan virtual reallıq sistemi ilə təchiz edilib. Frankfurt prototipindən fərqli olaraq yeni prototip normal işıq texnikasına malik olub. Prototipin xüsusiyyətlərindən biri də iri həcmli şüşə səthi və şəffaflıq dərəcəsi dəyişən panoram tavandır. Konseptin qabarit uzunluğu 4920 millimetr, eni – 1920 millimetr, hündürlüyü isə 1440 millimetrdir.

Renault Symbioz Demo modelinin təkər bazasının uzunluğu 3070 millimetrə bərabərdir.

Avtomobilin arxa oxunda 680 at qüvvəsi və 660 Nm fırlanma anı hasil edən iki elektromotor quraşdırılıb. Onlar 72 kilovat-saatlıq batareyalardan qidalanır ki, bu batareyaların da 80 faizlik həcmini 30 dəqiqəyə doldurmaq mümkündür. Yerindən 100 km/saat həddinə prototip 6 saniyəyə sürətlənir.

 

Sürücü üç rejimdən birini seçə bilər: bunlar standart, idman və avtonom rejimləridir. Avtonom rejimin aktivləşməsi ilə, sükan çarxı və cihazlar paneli 12 millimetr geriyə çəkilir, oturacaqlar isə “sıfır qravitasiyası” vəziyyətinə gətirilir. Bu rejimdə quraşdırılmış virtual reallıq sistemindən istifadə etmək olar. VR-dəbilqənin yardımı ilə sürücü və sərnişinlər avtomobilin ətrafındakı aləmi tamamilə dəyişə bilərlər. Bu zaman sistem hərəkət sürətini, trayektoriyanı və avtomobilin yoldakı vəziyyətini virtual aləmlə sinxronizasiya edəcəkdir.

Avtomobil "ağıllı evlə" məlumat mübadiləsi də apara bilər. Yaradıcıların düşüncəsinə görə, yollanma zamanından asılı olaraq avtomobil müxtəlif qurğulara (televizor, smartfon, ağıllı saat) bildirişlər göndərmək imkanına malikdir.

Məsələn, sistem avtomobilin yollanmasına 15 dəqiqə qalmış planlaşdırılan marşrutun son nöqtəsini xatırladacaq və yaxud mehmanxana sifarişini göstərəcəkdir. Yollanmaya 5 dəqiqə qalmış isə hava, tıxaclar və batareyalar haqqında xəbər verəcəkdir. 

Smartfonun köməyi ilə Symbioz sərnişini identifikasiya edir və avtomatik olaraq oturacaqları, klimat-kontrolu və multimedia sistemini tənzimləyir. Şəxsi məlumatlara daxilolma 4G LTE giriş nöqtəsi vasitəsi ilə həyata keçirilir. Ön paneldə quraşdırılan LG firmasının L-şəkilli displeyi orqanik işıqdiodlarından hazırlanmış üç ayrı panelə malikdir. Bu displey vasitəsi ilə xarici aləmlə qarşılıqlı əlaqə qurmaq olar. Məsələn, evdə quraşdırılan kameralara qoşulmaq və ya soyuducudakı ərzaqların qalıqları haqqında məlumat əldə etmək olar.

Qeyd etmək lazımdır ki, prototipdən ümumi yollarda istifadə etmək mümkündür. Buraya jurnalistlər üçün təşkil edilən testlər də daxildir. Ümid edirik ki, Autograph jurnalistlərinin bu texnologiyaları sınamaq şansı da olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt