Üçüncü nəsil Logan/Sandero ailəsi keçən payızında Avropada Dacia markası altında debüt edib. Modellər CMF-B modul platformasına keçiblər və tamamilə dəyişdiriliblər. İndi isə, bu modellərin ana Renault markası altında buraxılan variantı təqdim edilib. Yeni sedan Türkiyədə, Logan ya da hələ də bu ölkədə istifadə edilən Symbol adı ilə deyil, Taliant adı ilə buraxılacaqdır. Təxmin etdiyiniz kimi, yeni ad “talant” sözündən götürülüb.
Təəssüf ki, yeni model haqqında çox az məlumat var: interyer şəkilləri, texniki xüsusiyyətlər dərc edilməyib, çünki Renault Taliant modelinin rəsmi təqdimatının cari ilin ortalarında keçirilməsi planlaşdırılır. Ancaq avtomobilin dərc edilmiş eksteryer şəkilləri də çox şeydən məlumat verir. Əgər əvvəllər Dacia və Renault markaları altında buraxılan Logan modelləri xaricdən yalnız nüanslarla fərqlənirdisə, indi sedanın dizaynı, emblemlə birlikdə ciddi şəkildə dəyişdirilib!
Bumeranq formalı firma gündüz hərəkət işıqları olan fənərlər və xarakterik radiator barmaqlığı aysberqin yalnız bir hissəsidir. Taliant fərqli bamperlərə və daha çıxıntılı kapota malikdir, yan divarlardan isə, əksinə, bel xəttindəki cizgilər yoxa çıxıblar. Bu, qanadların və qapıların ştamplarının fərqli olduğundan xəbər verir. Yeni arxa fənərlər isə, ilk dəfə olaraq baqaj qapağındakı bölmələrə malikdirlər.
Logan modelinin Renault markası altında rebrendinqi korporativ strategiyanın bir hissəsidir. Qeyd etmək gərəkdir ki, bu rebrendinqin Türkiyəyə təsir edəcəyi ehtimal olunurdu. Renault qrupunun tərkib hissəsi olan AVTOVAZ, müasir Lada Vesta və XRAY modellərini Logan/Sandero ailəsi səviyyəsinə çatdırıb, buna görə Renault markası bazar iyerarxiyasında yüksəlməlidir. B sinif avtomobilləri çeşiddə qalacaq, lakin ümumi istehlak keyfiyyətləri və imici baxımından Polo/Rapid və Solaris/Rio modellərinə doğru irəliləyəcəkdirlər. Avtomobillərin mövqeləndirilməsini dəyişdirmək üçün isə, Logan və Sandero adları başqaları ilə əvəz olunmalıdır.