On gün bundan öncə Renault Group və FCA (Fiat Chrysler Automobiles) konserni birləşməyə hazırlaşdıqlarını bəyan etmişdilər. Yeni şirkətin səhmlərinin tərəfdaşlar arasında bərabər şəkildə bölünəcəyi barədə də məlumat verilmişdi. Lakin bu gün, hər iki tərəf gözlənilmədən birləşmədən imtina etdikləri barədə bəyanat veriblər.
FCA konsernin qısa mətbuat açıqlamasında direktorlar şurasının yığıncağında Renault ilə birləşmənin dərhal dayandırılması barədə qərar qəbul edilib. Səbəb kimi, birləşmənin uğurlu keçməsinə mane olan Fransadakı cari siyasi vəziyyət göstərilib. FCA başqa təfərrüatlarla bölüşməyib.
Görünən odur ki, qərar birtərəfli şəkildə qəbul edilib, çünki Renault tərəfindən dərc edilmiş açıqlama daha yumşaq xarakter daşıyır. Bəyanatda Renault qrupunun direktorlar şurasının FCA tərəfindən edilmiş təklifin diqqətlə təhlil edildiyi bildirilir. Bunun səbəbi kimi qrupun 15%-lik səhminə sahib olan Fransa hökumətinin istəyi göstərilir. Fransa KİV-ləri bu qərara qrupun 15%-lik səhmlərinə sahib olan Nissan şirkətinin qarşı olduğunu da bildiriblər.