Renault və Nissan şirkətləri birləşmək, aktivləri cəmləşdirmək və yeni istehsalçının yaradılması barədə danışıqlar aparırlar. Bu addım istehsal strategiyasının dəyişməsi, elektromobillərin istehsalına keçid və birgə istifadə edilən biznes-modelin inkişafı ilə bağlıdır.
Birləşmə nəticəsində Nissan-Renault ittifaqı korporasiyaya çevriləcəkdir. Bu korporasiyanın başında indiki idarə heyətinin sədri Korlos Qon duracaqdır.
Hazırda Renault yapon şirkətinin səhmlərinin 43 faizinə sahibdir. Nissan isə fransız istehsalçısının 15 faizlik səhm paketinə malikdir. Ekspertlərin fikrincə yeni şirkət istehsalçılara Volkswagen və Toyota konsernləri ilə effektiv rəqabət aparmağa imkan verəcəkdir. Bundan başqa, fransız və yapon istehsalçıları avtonom nəqliyyat vasitələrinin, karşərinq xidmətinin və «yeni enerjidə» işlərən avtomobillərin yaradılması üçün ehtiyatlarını birləşdirə bilərlər. 2017-ci ilin nəticələrinə görə Renault-Nissan ittifaqı dünyanın ən iri avtoistehsalçısı olub. Alyans 10,61 milyon avtomobil sataraq Volkswagen konsernini arxada qoyub.
Renault, Nissan və Mitsubishi şirkətləri 12 elektromobilin və 40 avtonom modellərin inşa ediləcəyi dörd yeni platformanın yaradılmasına 10 milyard avro sərmayə qoymağı planlaşdırırlar.
2022-ci ildə onların ümumi satışı doqquz milyon nüsxə olmalıdır.