Renault şirkəti «yolsuzluq» üçün nəzərdə tutulan yeni Stepway ailəsindən olan modelləri təqdim edib. Bu ailəyə yenilənmiş Sandero modeli ilə yanaşı Logan və Dokker furqonu da daxil olubdur. Yeni ailənin təqdimatı bu ayın sonunda işinə başlayacaq Moskva avtosalonunda keçiriləcəkdir.
Bütün Stepway modelləri plastikdən hazırlanmış kuzovun müdafiə qurşağına və 155 millimetrdən 195 millimetrə qədər artırılmış klirensə, başqa radiator barmaqlığına, işıqdiodlarından gündüz hərəkət işıqlarına və yeni sükan çarxına malik olublar. Bundan əlavə, «yolsuzluq» üçün hazırlanmış Logan və Sandero modellərinin variator ilə təchiz edilən City modifikasiyası da təklif olunur. Bu günə qədər bu modellər dörd pilləli avtomatik qutu və ya mexaniki ötürmələr qutusu ilə təchiz edilirdilər.
Pilləsiz transmissiya 113 at qüvvəli 1,6-litrlik mühərrik ilə birlikdə təklif olunacaqdır.
City variantı üçün kuzovun yeni qırmızı rəngli və ikirəngli 16-düymlük təkər diskləri təklif ediləcəkdir. Belə avtomobilləri bamperlərdəki qara rəngli müdafiə əlavələri (adi Stepway modellərində bu elementlər gümüşü rəngdədi), güzgülərin parlaq qara əlavələri və qara reylinqlərə (Sandero) görə ayırd etmək olar.
Qalan Renault Logan Stepway və Sandero Stepway modellərini 113 at qüvvəli mühərrik və ənənəvi avtomatik qutu ilə sifariş etmək mümkündür. Bu aqreqatla yanaşı mühərrik çeşidində 82 və 102 at qüvvəli mühərriklər də mövcuddur.
Dokker furqonu isə 82 at qüvvəli benzin mühərriki və 90 at qüvvəli 1,5-litrlik dizel mühərriki ilə əlçatandır. Modellərin təchizatına Apple CarPlay və Android Auto əlavələrini dəstəkləyən multimedia kompleksi, mühərrikin məsafədən işə salınması, alın şüşəsinin və ön oturacaqların qızdırılması, parktronik daxil edilibdir.
Stepway modellərini Tolyattidə istehsal edəcəkdirlər. Sandero Stepway və Logan Stepway (həmçinin City modifikasiyasının) satışlarına bu ilin payızında start veriləcəkdir. Renault Dokker Stepway isə 2019-cu ilin əvvəlində dilerlərin şou-rumlarında peyda olacaqdır.