Üç il əvvəl debüt edən üçüncü nəsil Kangoo furqonunun əsasında yaradılmış Grand Kangoo miniveni geniş transformasiya imkanları olan salona malikdir. Renault şirkətindən yeddi fərdi oturacaq sayəsində 1024 müxtəlif konfiqurasiyanın mövcud olduğu bildirilib. Grand Kangoo, həmçinin öz sinifindəki ən geniş avtomobillərdən biridir – o, üçüncü cərgədəki ayaq zonasının genişliniyə görə ən yaxşı göstəriciyə malikdir.
Məlum məsələdir ki, Renault Grand Kangoo miniveni Münhendə keçirilən IAA Mobility sərgisində geniş kütlə qarşısına çıxıb. İkinci sıranın üç və üçüncü sıranın iki oturacağı çıxarılandır. Baqajın həcmini standart 500 litrdən maksimal 3750 litrə qədər artırmaq üçün isə, ön sərnişin oturacağını qatlamaq kifayətdir. Bu halda salona uzunluğu 3,11 metrə qədər olan əşyaları yükləmək olar.
Beş oturacaq həm çıxarıla, həm qatlana, həm də irəli və geri çəkilə bilər. Bu, Renault şirkətinin vəd etdiyi kimi, konfiqurasiyaların müxtəlifliyini təmin edir. Bütün oturacaqlar ISOFIX qurğuları ilə təchiz olunub, üçüncü cərgəyə girişi isə, adi Kangoo ilə müqayisədə daha böyük ölçüsü (65-ə qarşı 83 santimetr) olan sürüşərək açılan qapı asanlaşdırılır.
Bundan başqa, salonda çoxlu saxlanc yerləri var: onların ümumi həcmi 58 litrdir. Grand Kangoo modelini uzun əşyaların yüklənməsi üçün daha əlverişli olan şüşələnmiş və ya taybatay arxa qapılar ilə sifariş etmək mümkündür. Minivenin təchizatına arxa görüntü kamerası, qızdırılan ön oturacaqlar və sükan, EasyLink media sistemi daxildir.
Mühərrik çeşidinə müvafiq olaraq, 130, 95 və 121 at qüvvəli benzin, dizel və elektrik güc qurğuları daxildir. Sonuncu 45 kilovat-saatlıq batareya ilə təchiz edilib və enerji doldurmadan 265 kilometrə qədər məsafə qət edir. Dəyişən cərəyanlı şarj cihazı vasitəsi ilə 27 dəqiqə ərzində 170 kilometrlik yürüş ehtiyatını bərpa etmək olar.
Renault Grand Kangoo miniveninə sifarişlər 2023-cü ilin sonunda qəbul etməyə başlanılacaq, çatdırmalar isə, gələn ilin əvvəlinə planlaşdırılıb. Minivenin istehsalı Fransanın Mobyoj şəhərindəki zavodda təşkil olunacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.