Bu gün fransız istehsalçısı yeni yığcam krossoverin təqdimatına hazırlaşdığınınb anonsunu verib. Renault şirkətinin mətbuat xidməti bu ilin 25 oktyabrında Braziliyada Kardian adlı yığcam krossoveri nümayiş etdirəcəyini bildirib.

Yeni krossover haqqında təfərrüatlar açılanmasa da, Braziliya KİV-ləri Renault Kardian haqqında məlumat əldə etməyə müvəffəq olublar. Belə ki, braziliyalıların iddiasına görə, Kardian adı altında Renault Sandero Stepway kross-hetçbekinin varisi gizlənir. 

Image alt Image alt Image alt Image alt

Xatırladaq ki, bu ilin yazında CMF-B platformasında inşa ediləcək krossoverin patent şəkilləri dərc olunmuşdu. İlkin məlumata görə, Renault Kardian 1,0-litrlik mühərrik və variatorla təchiz ediləcəkdir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.