Renault şirkəti uzunluğu dörd metrdən az olan yeni yığcam sedanı hazırlayır. Yeni modeli satılacağı əsas bazar Hindistan olacaqdır. Sedanın əsasını Kwid və Triber modellərinin inşa edildiyi CMF-A platforması təşkil edəcəkdir. Bundan başqa, bu platformada kiçik ölçülü krossover də inşa ediləcəkdir. Krossover gələn ilin fevral ayında debüt etməlidir.

Avtomobilin uzunluğunun dörd metrdən az olmasının səbəbi Hindistanda bu kateqoriyadan olan avtomobillərə verilən güzəştlərdir. Buna görə də, belə avtomobillər yerli bazarda böyük tələbata malikdirlər. Kiçik Renault sedanı yerli bazarda Maruti DZire, Honda Amaze, Hyundai Xcent və Volkswagen Ameo modelləri ilə rəqabət aparacaqdır.

Yeni modelin Hindistanda keçiriləcək təqdimatı 2021-ci ilə planlaşdırılıb. Böyük ehtimalla, yeni yığcam sedan Latın Amerikasında, Cənubi-Şərqi Asiyada və Afrikada da təklif ediləcəkdir.