Renault şirkəti Kaptur krossoverinin yenilənmiş versiyası ilə bağlı ilk təfərrüatları açıqlayıb. Yenilənmiş krossover Renault Arkana modelinin platformasına keçəcək və onun 1,33-litrlik mühərrikini alacaqdır.
Yenilənmiş Renault Kaptur xüsusi olaraq krossoverlər və yolsuzluq avtomobilləri üçün yaradılmış yeni modul platformasında inşa ediləcəkdir. Üstəlik, Kaptur krossoveri Renault Arkana modelindən sonra yeni "arabacıq" üzərində yığılan ikinci model olacaqdır.
Artıq qeyd etdiyimiz kimi, yenilənmiş Renault Kaptur krossoveri Arcana modelinin də təchiz edildiyi 1.33-litrlik TCe 150 benzin turbomühərrikinə sahib olacaqdır. Bu mühərrik 150 at qüvəsinə malikdir. Güc qurğusu ilə birlikdə pilləsiz X-Tronic variatoru da Kaptur modelinin kapotunun altına köçəcəkdir.
Kaptur modeli zahiri cəhədən dəyişikliyə məruz qalmasa da,istehsalçı onun interyer və təchizatında ciddi dəyişikliklərin olacağını bildirib. Yenilənmiş Renault Kaptur əvvəllər yalnız daha yüksək səviyyəli avtomobillərdə təklif olunan avadanlıqlarlar ilə təchiz ediləcəkdir.
Yenilənmiş Renault Kapturun rəsmi təqdimatı 2020-ci ilin ilk yarısında baş tutacaqdır.