Renault şirkəti Alabino poliqonunda, Kubinka aerodromunda və "Patriot" konqress-sərgi mərkəzinin ərazisində keçirilən "Armiya-2017" Beynəlxalq hərbi-texniki forumunda iki yeni Duster modelini nümayiş etdirib.

Motor.ru saytının yaydığı xəbərdə Dusterlərdən birinin zirehli, digərinin isə təcili yardım avtomobili rolunu oynadığı bildirilir. Zirehli Renault Duster fransız şirkəti və Texnika firmasıın birgə layihəsi çərçivəsində hazırlanıb. Tırtıllı ofroderin zirehi sərnişinləri 9-millimetrlik tapança güllələrindən və RQO tipli əl qumbarasının qəlpələrindən müdafiə etmək qabiliyyətinə malikdir.

Sərnişinləri qapılara, döşəməyə və arxa oturacaqların kürək hissəsində quraşdırılan xüsusi panellər müdafiə edir. Bu panellər həm gizli şəkildə quraşdırıla, həmdə asma elementlər şəklində çıxarılan ola bilərlər. müdafiə elementlərinin çəkisi 80 kiloqram təşkil edir və onların quraşdırılmasına 7-10 dəqiqə vaxt tələb olunur. Ehtiyac yaranarsa, müdafiə sinfini artıraraq 7,62 kalibrli silahdan da müdafiəni təmin etmək mümkündür.

Tibbi Renault Duster yaralıların nəqli və tibb işçilərinin ucqar rayonlara çatdırılması üçün yaradılıb. Avtomobil xərək və araba-xərək üçün qəbul  qurğusuna, lazım olan dərmanlar üçün dolaba, damcıtökəni saxlamaq üçün bərkitməsi olan leyerə, dərman qutusuna və xüsusi xarici tərtibata malikdir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt