Bu gün Hokkenhaymda keçirilən yarışın qəhrəmanları qüvvədə olan dünya çempionu Rene Rast və onun gənc komanda yoldaşı Robin Frayns olublar. Yarışı üçüncü yerdən başlayan Rene Rast yarış boyu Qəri Paffetlə mübarizə apararaq sonunda britaniyalını məğlub edib.
Yarışı pouldan başlayan Lukas Auer ilk dövrədə Pol di Resta ilə çempionluq uğrunda mübarizə aparan komanda yoldaşı Qəri Paffetti irəli buraxıb. Qəridən fərqli olaraq Rene Rast və Pol di Resta rəqiblərini keçmək üçün zəhmət çəkməli olublar. Rene Rast bir müddət Auqusto Farfusla mübarizə apararaq braziliyalını geridə qoyub. Lukas Auerin xarab olan avtomobilini boksa çəkməsindən sonra Audi pilotu ikinciliyə yüksəlib.
Liderlərdən pit-stopa ilk olaraq Rene Rast yollanıb. Paffett Renedən bir qədər sonra pitə yollanıb. Pit-stopdan sonra Paffett rəqibinin önündə çıxsa da bir müddət sonra Rasta keçirlib. Pilotlar bir neçə dəfə mövqe dəyişsələr də sonunda Rast rəqibini üstələyərək liderliyi ələ keçirib. İki pilot peletondan aralanmağa başlasalar da, Auqusto Farfusun yerindən çıxmış qapısının qalıqlarını yığışdırılmasını təmin etmək üçün trekə təhlükəsizlik avtomobili çıxıb.
Restartda Rene liderliyini qiruyub saxlayıb. Paffett isə əvvəlcə Timo Qloka, sonra isə Robin Freynsə keçirlib. Freyns ön növbəsində yarışın sonlarına yaxın Qloku arxada qoyaraq Audi komandasına dubl qazandırıb.
Hokkenyamdakı birinci yarışdan sonra 239 xal toplayan Paffett yenidən liderliyə yüksəlib. Onun əsas rəqibi Pol di Resta isə liderdən 6 xal geridədir. Rene Rast qələbəsi sayəsində liderlə xal fərqini 15-ə endirib. Sabahkı yarışda Renenin çempion olması üçün Paffett və di Restanın ilk beşliyin xaricində qalması gərəkdir. Əlbəttə ki, Rene Rastın qələbə çalması şərti ilə...