DTM yarışlarının hər zaman sürprizlərə açıq olduğunu söyləmişəm. Dünən Norisrinqdə keçirilən DTM çempionatının növbəti yarışını buna əyani sübut kimi göstərmək olar.
Sizcə, yarışın başlanğıcında startda problem yaşayaraq son yerə qədər geriləyən pilotun birinci olmaq şansı nə qədərdir? DTM-də bu mümkündür. Elə dünənki yarışda da startda yerindən tərpənməkdə çətinlik çəkən Rene Rast (Audi) 60 dəqiqəlik yarışın sonunda finiş xəttini rahatlıqla birinci keçib.
Əlbəttə ki, Rastın uğurunun əsas səbəbi erkən pit-stop və bu pit-stopdan sonra trekə çıxan təhlükəsizlik avtomobili olub. Yaşa pouldan başlayan və 35 dəqiqə liderlik edən Niko Müller (Audi) isə, yarışışi ikinci bitirib. Bu nəticəni əldə etmək üçün, Niko yarışın son dövrəsinin son döngəsində Coel Erirssona (BMW) hücum edib və ikinciliyi onun əlindən almağa müvəffəq olub.
Loik Dyüval da Norisrinqdə yaxşı çıxış edib və Coel Erikssonun ardınca dördüncü olub. İlk beşliyi Bruno Spengler (BMW) tamamlayılb. Aston Martin pilotları da ilk onluğa daxil olmağı bacarıblar: Daniel Xunkadelya - altıncı, Ceyk Dennis - doqquzuncu, Ferdinand fon Habsburq isə 10-cu olub. BMW pilotları Filipp Eng və Marko Vittmann yeddinci və səkkizinci yerləri bölüşüblər.