Bu Zolderdə keçirilmiş ikinci yarışda qalibiyyəti əldə edən pilot Rene Rast olub. İlk cərgədən start alan Audi pilotu dərhal yarışın lideri Şeldon Van der Lindeni təqib etməyə başlayıb. Alman pilot bir neçə dövrədən sonra gənc rəqibini keçərək liderliyə yüksəlib.
Lakin, bu ikili arasındakı mübarizə bununla birməyib - pit-stoplardan sonra da Rene Şeldonunun hücumlarından müdafiə olunub. 23-cü dövrədə Franys (Audi) ilə mübarizə aparan Vittmann (BMW) rəqibini vuraraq trekdən çıxarıb. Təhlükəli yerdə qalan Audi RS5 Turbo DTM modelinin təxliyyəsini təmin etmək məqsədi ilə trekə təhlükəsizlik avtomobili çıxıb. Yarışın hakimləri Vittmana 10 saniyəlik cəza veriblər.
Restartdan Rast çevik tərpənərək Van der Lindeyə ona hücum etmək imkanı verməyib və rəqibi ilə arasını açıb. Yarışın sonuna yaxın cənubiafrikalı pilot əvvəlcə komanda yoldaşı Filipp Enqə, sonra isə Audi pilotları Ceymi Qrinə və Mayk Rokenfellerə keçilib. Ümumilikdə, Zolderdəki ikinci yarış mövqe uğrunda mübarizələr və ötmələrlə yadda qalıb. Yarışın müxtəlif dövrələrində Frayns və Enq, Rokenfeller və Qrin, Frayns və Vitmann arasında gərgin mübarizələr baş tutub.
Podiumda Rene Rasta Filipp Enq və Ceymi Qrin yoldaşlıq ediblər. Mayk Rokenfeller yarışı dördüncü, Van der Linde isə beşinci olaraq bitirib. İkinci beşliyə Ceyk Dennis (Aston Martin), Bruno Spenqler (BMW), Niko Müller (Audi), Pyetro Fittipaldi (Audi) və Coel Eriksson (BMW) daxil olmağı bacarıblar.
Belçikadakı mərhələdən sonra pilotlar birinciliyinə 59 xalla Filipp Enq başçılıq edir. Onu 54 xalla Rene Rast və 43 xalla Marko Vittmann təqib ediblər. Komandalar birinciliyinə 79 xal toplamış Audi Sport Team Rosberg başçılıq edir. Eyni xalla ikicni yerdə BMW Team RMR komandası qərarlaşıb. Üçüncülük 72 xal toplamış Audi Sport Team Abr Sportsline komandasınındır. Markalar çempionatına 213 xal toplayan Audi başçılıq edir. BMW 186 xalla ikinci, Aston Martin isə 15 xalla sonuncudur.