Avtomobil sənayesi koronavirus ucbatından problemlər yaşamağa davam edir. Artıq, bir neçə müddətdir ki, bəzi istehsalçılar zavodlarını müvəqqəti olaraq dayandırmaq məcburiyyətindədirlər. Bunlara misal olaraq, Fiat, Hyundai və Nissan şirkətlərini göstərmək olar.

Lakin, avtomobil aləmini şoka salacaq əsl xəbər bu gün İsveçrədən gəlib. Bu gün İsveçrə hökuməti 15 mart tarixinə qədər iştirakçısı 1000 nəfərdən artıq olan tədbirlərin keçirilməsinə qadağa qoyub. Bu isə, avtomatik olaraq 5-15 mart arasında keçirilməsi planlaşdırılan Genevrədə avtosalonunu qanundan kənar edir.

Məlumdur ki, 90-cı dəfə keçiriləcək GIMS 2020 tədbiri gələn həftənin ikinci günü qapılarını media nümayəndələrinin üzünə açmalı və  “İlin avtomobili” müsabiqəsinin qalibi elan etməli idi. Bu günə İsveçrədə COVID-19 virusuna doqquz yoluxma hadisəsi aşkar edilib. 

Xatırladaq ki, bir müddət bundan öncə, koronavirus ucbatından aprel ayında keçirilməsi planlaşdırılan Pekin avtosalonu da təxirə salınıb.