RevoZport tüninq atelyesinin mütəxəssisləri Tesla Model X krossoveri üçün hazırladıqları tüninq proqramını təqdim etmişdirlər. R-Zentric adını almış proqram elektriklə hərəkətə gələn krossoverə təkmilləşdirilmiş aerodinamik kuzov dəstinin və eksklyuziv təkər disklərinin quraşdırılmasını nəzərdə tutur.
Tesla Model X R-Zentric krossoverinin fərqli xüsusiyyətlərindən biri karbondan hazırlanmış yeni aerodinamik parçalar dəstidir. Belə ki, krossover splitterlə təchiz edilmiş yeni ön bamperi, təkmilləşdirilmiş kandarları, yeni arxa spoyler və aqressiv formalı arxa diffuzoru əldə etmişdir. RevoZport atelyesinin nümayəndələri R-Zentric aerodinamik dəstin hazırlanması üçün Tesla Model X krossoverinin tam 3D skan edilməsini həyata keçirmişdilər. Bu krossover üçün optimallaşdırılmış aerodinamik kuzov dəstinin yaradılmasına köməklik göstərmişdir. Eyni zamanda, krossover Vossen firmasının istehsalı olan xüsusi dizaynlı 22-düymlük döymə təkər disklərini əldə etmişdir.
Elektrokrossoverin texniki cəhətdən dəyişikliklərə məruz qalması barədə heç bir məlumat verilməmişdir. Bununla belə, atelye nümayəndələri yaxın vaxtlarda krossover üçün ofrod dəstinin hazırlanacağına söz vermişdirlər.