Rezvani şirkətinin sahibi Ferris Rezvaninin 6x6 təkər formulu olan nəhəng pikapı hazırladığı məlumdur. Bu günlərdə Rezvani şirkəti, yunan mifologiyasının qəhrəmanlarından biri olan Herkulesin şərəfinə adlandırdığı Hercules 6x6 modelinin növbəti tizerini dərc edib. Yeni modelin təqdimatı 10 noyabr tarixində keçiriləcəkdir.
Xatırladaq ki, hazırda Rezvani şirkəti 1000 at qüvvəli Tank X odrouderini təklif edir. Bu ofrouderin Jeep Wrangler (JL) modelinin bazasında inşa edildiyini nəzərə alsaq, Rezvani Hurcules 6x6 modelinin Jeep Gladiator pikapına əsaslanacağını ehtimal etmək olar.
Çox güman ki, pikap Tank X modelinin mühərrik çeşidini də irsən alacaqdır . Xatırladaq ki, Tank X modelinin kapotunun altında Dodge Challenger SRT Demon modelinin 6,2-litrlik mexaniki kompressorlu V8 mühərriki yerləşir. Güc aqreqatının hasilatı 1014 at qüvvəsi və 1180 Nm-dir.
Ofrouderin baza variantlarını 274 at qüvvəli 2,0-litrlik dördsilindrli və 289 at qüvvəli 3,6-litrlik altısilindrli benzin mühərrikləri, həmçinin 264 at qüvvəli 3,0-litrlik altısilindrli dizel mühərriki ilə sifariş etmək olar. Bundan başqa, avtomobilin mühərrik çeşidinə 500 at qüvvəli 6,4-litrlik V8 mühərriki də daxil edilib. Ötürmələr qutusu - avtomatik və ya mexaniki transmissiyalardır.
Rezvani şirkətindən verilən məlumata görə, Hercules 6x6 modelinin təqimatı sabah baş tutmalıdır. Çox güman ki, Rezvani Hercules 6x6 modeli də onlayn şəkildə təqdim ediləcəkdir. Yeni modelin qiymətləri açıqlanmasa da, onun 300 min dolların üzərində olacağı aydındır.
Hazırda, şirkət 266 dollar beh qarşılığında Hercules 6x6 modelinə öncədən sifarişləri qəbul edir. Pikapın satışlarına avqustun sonunda başlanmalıdır.