Bu gün Rezavni şirkəti Beast modelinin bağlı variantının tizerini dərc etmişdir. Amerikan firmasının yeganə modeli olan Rezvani Beast rodsterinin dizaynı üzərində həmyerlimiz Samir Sadıxov işləmişdir. yeni avtomobil Beast modelinin"daha komfortlu" variantı olacaq və Beast Alfa adı ilə tanınacaqdır. Rezvani Beast Alfa çəıxarılan dam örtüyü ilə, qapılar və havalandırma qurğusu ilə təchiz ediləcəkdir.Yeni avtomobilin salonun tərtibatında dəri və alkantaradan istifadə ediləcəkdir.

Ehtimallara görə,yeni kupe 500 at qüvvəsinə malik olan 2,4-litrlik kompressorlu Honda mühərriki ilə hərəkətə gələcəkdir. Güc aqreqatı altı pilləli mexaniki sürətlər qutusu ilə birlikdə çalışacaqdır. Rezvani Beast Alfa modelinin dinamik xüsusiyyətləri açıqlanmamışdır. Xatırladırıq ki, Beast Speedster 96 km/saat həddinə 2,7 saniyəyə sürətlənir. Ariel Atom sportkarının bazasında hazırlanmış Rezvani Beast modeli 2014-cü ildə işıq üzü görmüşdür. 2015-ci ildə spidstein "qaynar" Neast X modifikasiyası təqdim edilmişdir ki, bu avtomobilin mühərrikinin gücü iki turbokompressor sayəsində 700 at qüvvəsinə qədər artırılmışdır.

Image alt Image alt Image alt