Bu günlərdə Rezvani Motors şirkəti Beast modelinin hazırlanmasını nümayiş etdirən videoçarxı yayıb. Çarxda amerikan şirkətinin başçısı Ferris Rezvanı şəxsən tamaşaçılara modellin yaradılması barədə məlumat verir.
Həmyerlimiz Samir Sadıxovun dizayneri olduğu Rezvani Beast spidsteri Ariel Atom modelinin əsasında yaradılmışdır. Hal-hazırda amerikan şirkəti Beast rodsterinin 300 və 500 at qüvvəsi olan veriantlarını və 700 at qüvvəli mühərriklə təchiz edilmiş bərkgedən Beast X modelini alıcılara təklif edir. Bundan əlavə, bir müddət bundan öncə Samirin qələmindən çıxmış Rezvani Beast Alpha kupesi də işıq üzü görmüşdür.
Lakin, amerikan şirkətinin planları bu modellərlə məhdudlaşmır. Artıq məlum olduğu kimi, Rezvani Motors krossover də buraxmaq niyyətindədir və həmyerlimiz krossoverin dizaynı üzərində işləmək üçün sifariş alımışdır. Bir müddət bundan öncə yeni ofroderin tizerləri də istehsalçı tərəfindən dərc edilmişdir. Amerikan şirkətindən bildirildiyinə görə, yeni ofroder «hərbi avtomobillərdən ilham alınaraq hazırlanmış bir nəqliyyat vasitəsidir».