Jeep Wrangler modelinə əsaslanan Tank ofrouderi ilə məşhur olan Rezvani Motors şirkəti yeni Beast superkarını təqdim edib. Ariel Atom şassisinə əsaslanan sələfindən fərqli olaraq, yeni Beast modeli orta mühərrikli Chevrolet Corvette Stingray kupesinə əsaslanır. Superkar hasilatı 1014 at qüvvəsi və 1190 Nm fırlanma anına qədər artırılmış 6,2-litrlik V8 mühərriki ilə təchiz edilir. Kupe 60 mil/saat (97 km/saat) həddinə 2,5 saniyəyə sürətlənir, halbuki adi Corvette bu işə 2,9 saniyə, Corvette Z06 modeli isə, 2,6 saniyə sərf edir.

Rezvani Beast modelinin başlanğıc qiyməti 485 min dollar olacaq. "007" paketini sifariş etdikdə isə, bu məbləğ 530 min dollara (+ 45 min) qədər yüksələ bilər.“Casus” versiyasının təchizatına qaz maskaları, gecə görmə sistemi, elektromaqnit impulslarından qorunma, qapı tutacaqlarına quraşdırılmış elektroşokerlər, bibər qazı balonu, maqnit qıfıllar və hipotermiya üçün ilk yardım dəsti daxildir. Əlavə 55 min dollar müqabilində yüngül zireh və güllə keçirməyən şüşələri də quraşdırmaq olar.

Eksteryerdə olduğu kimi, interyerdə donordan əsər-əlamət qalmayıb. Buradakı əsas element, əlbəttə ki, forması Formula 1 bolidlərinin sükanlarından ilham alınaraq yaradılmış şturvaldır. Sürücü və sərnişin arasında orijinal Corvette modelində olduğu kimi, düymələr səpələnmiş arakəsmə yoxdur. İnteryer tərtibatında karbon lifi və həqiqi dəridən istifadə olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Rezvani Beast superkarının planlaşdırılan tirajı 20 nüsxədən ibarətdir. Saytdakı konfiquratorda göründüyü kimi, alıcılar kuzovun, təkər disklərininin, salonun və buraxılış sisteminin çıxış borularının rəngini seçə biləcəklər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.