Bir müddət bundan öncə, həmyerlimiz Samir Sadıxodun dizayneri olduğu Rezvani Beast Alpa modelinin ilk tizerini dərc etmişdik. Rezvani şirkətinin 16 noyabr tarixində Los-Anjelesdəki avtosalonda təqdim etməyə hazırlaşdığı yeni model çıxarıla bilən sərt tavanla təchiz ediləcəkdir. Bu günlərdə amerikan şirkəti Beast Alpha modelinin növbəti tizerini dərc etmişdir.

Dərc edilmiş tizerdən də göründüyü kimi, Rezvani Beast Alpha modeli Sidewinder tipli qapılarla təchiz ediləcəkdir. Qeyd etmək lazımdır ki, belə tipli qapılar bu günə qədər sportkarlarda təklif edilməmişdir. Belə növ qapılarla adətən minivenlər təchiz edilir. Əvvəldə məlumat verdiyimiz kimi, yeni avtomobil Beast superkarının daha rahat variantı olacaqdır. Rezvani Beast  Alpha klimatik sistem, dəri və alkantara ilə üzlənmiş interyerə malik olacaqdır. İstehsalçı Rezvani Beast Alpha kupesinin 500 at qüvvəsi olan 2,4-litrlik Honda mühərriki ilə təchiz ediləcəyi istehsalçı tərəfindən təsdiqlənmişdir. Artmış çəki avtomobilin sürətlənməsinə təsir göstərmişdir. Beast spidsteri yerindən 96 km/saat sürətini 2,7 saniyəyə toplayacaqdır. Çox güman ki, Beast Alpha bu işə bir az çox vaxt sərf edəcəkdir.

Bildiyimiz kimi, Rezvani Beast modelinin 700 at qüvvəli mühərrikə malik olan Beast X modifikasiyası və 300 at qüvvəli “büdcə” variantı da mövcuddur. Avtomobilin dəyəri bildirilməsə də, sifariş üçün avans olaraq beş min dollar ödəmək gərəkdir.