Top Gear və The Grand Tour şoularının aparıcılarından biri olan Riçard Hammondun 50 yaşı tamam olub.. Məşhur aparıcı orta yaş böhranına qədəm basmağı münasibəti ilə özünə hədiyyə almaq qərarına gəlib. Hammondun seçimi superkar, krossover və ya dəbdədbəli sedan deyil, utilitar pikap olub.
O əldə etdiyi Ford Ranger Raptor pikapının 50 yaşını adlamış şəxslərə uyğun gəldiyini isbat etmək üçün əvvəlcə iş yoldaşlarını konfransa, sonra isə ailə üzvlərini alış-veriş mərkəzinə aparıb. Əlbəttə ki, Hammond olan yerdə macərasız ötüşmək mümkün deyil.
Ford Ranger Raptop modeli 213 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən 2,0-litrlik ikiturbokompressorlu dörd silindrli dizel mühərriki ilə hərəkətə gəlir. Güc aqreqatı F-150 Raptor modelindən alınmış 10 diapazonlu avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. Qutu idarəetmə üslubuna uyğunlaşır və ötürmələri əllə etmək imkanı da verir. Pikapın klirensi 283 millimetr, qət edilən çay keçidinin dərinliyi isə 850 millimetrdir.
Ekstremal pikap xüsusi Fox yolsuzluq amortizatorları və quraşdırılmış Uatt dartmaları olan yaylı-hidravlik arxa asqı ilə təchiz edilir. Bu dartmalar arxa körpüyə vertikal üzrə hərəkət edərək yan tərəfə sürüşməyə imkan verir. Bundan başqa, pikap karter və paylaşdırıcı qutunun gücləndirilmiş müdafiəsinə də malikdir. Ranger Raptor pikapının alt hissəsini 2,3 millimetrlik qalınlığı olan yüksəksərtlikli polad təbəqə qoruyur.
Ford Ranger Raptor modelinin qabarit uzunluğu 5398 millimetr, eni - 2180 millimter, hündürlüyü isə 1873 millimetrdir. Avtomobilin ön və arxa təkər izi 1710 millimetr təşkil edir. Pikapın giriş və çıxış bucaqları 32,5 və 24 dərəcədir. Rampa bucağı 24 dərəcəyə bərabərdir. Pikapın təchizatına 332-millimetrlik diskləri olan əyləc sistemini, 17-düymlük təkər disklərini, BF Goodrich yolsuzluq şinlərini və idarəetmə elektronikasının Baja rejimini əldə edib. Eyni tənzimləməyə Ford F-150 Raptor modeli də sahibdir. Bu rejim səhrada yüksək sürətlə hərəkət etmək üçün nəzərdə tutulub.