İsveçdən olan Richard Mille saat manufakturası britaniya istehsalçısı McLaren Automotive ilə birlikdə xüsusi xronoqraf hazırlayıb. Qol saatının qiyməti 180 min isveç frankı (319 min manat) təşkil edir.
Xronoqrafın işlənib-hazırlanmasında McLaren şirkətinin baş dizayneri Rob Melvill və Richard Mille manufakturasının mühəndisi Fabris Namura iştirak ediblər. Xronoqrafın gövdəsi xüsusi materialdan - qrafen əlavə edilən çoxqatlı karbondan hazırlanıb. O, poladdan altı dəfə yüngül və 200 dəfə möhkəmdir. Xronoqrafın gövdəsində McLaren F1 superkarının hava girişlərini xatırladan titan əlavələr də mövcuddur.
Xronoqrafın qurulmaya cavabdeh olan başlığı da titandan hazırlanıb və formasına görə markanın təkər disklərini xatırladır.
Xronoqrafın mexanizmi avtoqurulmaya, tarix göstəricisinə və 55 saatlıq gediş ehtiyatına malikdir. Cəmi 500 ədəd belə xronoqraf buraxılacaqdır. Satış zamanı üstünlük Ultimate Series ailəsindən (P1, P15 və BP23) olan avtomobillərin sahiblərinə veriləcəkdir.