Richard Mille saat markası yeni McLaren W1 hiperkarının üslubunda dizayna malik olan split-saniyəli xronoqrafı təqdim edib. Saatda 5 hers (36.000 vph) tezliyində işləyən RMAC4 mexanizmindən istifadə edilib və bunun sayəsində göstəriciləri saniyənin 1/10 dəqiqliyi ilə ölçmək mümkündür.
Xronoqrafın plata və körpüləri Grade 5 titanına əsaslanan ərintidən, bezelin yuxarı hissəsi isə, ən incə nöqtəsində cəmi yarım millimetr qalınlığda olan Carbon TPT kompozitindən hazırlanıb. W1 hiperkarının estetikası təkcə rəng sxemi ilə deyil, həm də təkər disklərinin naxışını xatırladan skeletonlaşdırılmış titan siferblat vasitəsilə çatdırılır.
Texnologiya baxımından RM 65−01 McLaren W1 xronoqrafı superhibriddən heç də geri qalmır. Məsələn, xronoqraf dəyişən həndəsəli rotora malikdir və bu, istifadəçinin fiziki aktivlik səviyyəsindən asılı olaraq avtomatik qurmanın sürətini tənzimləməyə imkan verir.
Bundan əlavə, saat yeyin qurma mexanizmi və ötürmələr qutusu kimi işləyən funksiya selektoru ilə təchiz edilib. Keçirmələrə qurma başlığı olan düymə cavabdehdir, seçilmiş funksiya “saat 4” mövqeyində göstərilir.
RM 65−01 McLaren W1 modelinin tirajı 500 nüsxə ilə məhdudlaşır, onun qiyməti isə, 250 min avro olacaq. Başlanğıc qiyməti 2,1 milyon dollar olan McLaren W1 hiperkarı isə, 399 nüsxəlik tirajla buraxılacaq.
Hiperkar V8 mühərrikinə əsaslanan 1275 at qüvvəli güc aqreqatı ilə təchiz edilib və 300 kilometr/saat sürətini 12,8 saniyəyə yığa bilir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.