Rimac şirkəti 1914 at qüvvəli C_Two elektrik hiperkarının bütün tirajını satıb. Autocar nəşrinin verdiyi xəbərə görə, şirkətin nümayəndəsi buraxılması planlaşdırılan bütün 150 nüsxənin öncədən sifarişlər əsasında satıldığını bildirib. Sifarişlər avtomobilin debütündən üç həftə ərzində daxil olub.
Avtomobilin qiyməti minimum 1,7 milyon avrodur. Alıcılar əlavə 500 min avronu müxtəlif opsiyalara xərcləyə bilərlər. Rimac C_Two modelinin əsasını 120 kilovat-saatlıq batareyalar bloku quraşdırılmış, arxa karbon rama altısı, alüminium və kompozit materiallardan hazırlanmış güc elementləri olan karbonplastikdən monokok təşkil edir.
Hiperkar dörd elektromotor sayəsində hərəkətə gəlir ki, onlardan bir cütü ön oxda digər cütü isə arxa oxda quraşdırılıb. Onlar fərdi ötürmələr qutusu ilə təchiz ediliblər – öncə bir pilləli, arxada isə iki pilləli. Avtomobilin hava axını yönəldən aktiv aerodinamikasına aktiv çəpərləri olan kapot və arxa diffuzor, ön splitter, həmçinin hündürlüyünü və hücum bucağını dəyişən arxa antiqanad daxildir. Hiperkarın aerodinamik müqavimət əmsalı 0,28 təşkil edir. 60 mil/saat (96 km/saat) həddinə hiperkar 1,84 saniyəyə sürətlənir.
Bunun üçün avtomobil 30,5 santimetr irəliləməlidir. Rimac C-Two modelinin maksimal sürəti 412 km/saat təşkil edir. Onun yürüş məsafəsi 650 kilometrdir. Hiperkar süni intellektin bazasında yaradılan avtonom idarəetmə sisteminə də sahibdir.
Sistemin tərkibinə tıxac avtopilotu, zolaqda saxlama, kor zonaların monitorinqi, qəzaları önləyən funksiya və adaptiv kruiz-kontrol daxildir.
Avtonom sistemin fəaliyyət göstərməsi üçün səkkiz kamera, iki lazer məsafə ölçəni, altı radar, 12 ultrasəs vericisi, GPS və avtomobilin məkanda vəziyyətini təyin edən IMU-sensoru mövcuddur. Rimac hiperkarının bortkompyüterinə bir sira yarış traslarını yükləyərək virtual təlimatçı funksiyasından istifadə etmək olar.
Təlimatçı düzgün trayektoriyanı, sürətlənmə və əylənmə nöqtələri barədə məsləhətlət verəcək və sükan çarxının dönmə bucağını tövsiyyə edəcəkdir.
Hiperkarın salonunda sistemlərin və telemetriyanın məlumatlarını əks etdirən 6 displey quraşdırılıb. İdman oturacaqları və sükan sistemi elektrik ötürməsi ilə təchiz edilib. Avtomobil transformasiya olunan arxa baqaj bölümünə də malikdir. Rimac C_Two hiperkarından cəmi 150 ədəd buraxılacaqdır. Avtomobilin satışları 2020-ci ilə planlaşdırılıb