Xorvatiyanın hiperkar istehsalçısı olan Rimac şirkəti C_Two eleektrik hiperkarının seriya variantının təqdimat tarixinin açıqlandığı videotizeri nümayiş etdirib. Hiperkar sabah, 1 iyun tarixində debüt edəcəkdir. konsepsiyadan ad və çox güman ki, "dolma" ilə fərqlənəcək. Qısa videoçarxda xorvat istehsalçısı seriya hiperkarının yeni ada və “daha yüksək məhsuldarlığa, həyəcanverici funksiyalara və fövqəladə texnologiyalara” sahib olacağını bildirir.
Rimac şirkəti dəyişikliklərlə bağlı digər təfərrüatları açıqlamayıb, lakin hiperkarın sahibinin sürücülük vərdişlərini yaxşılaşdırmağa kömək edəcək Driver Coach sistemi ilə təchiz olunacağı artıq məlumdur. Bundan başqa, xorvatlar vaxtı ilə hər biri 2,1 milyon dollar dəyərində olan iki prototipin krəş-testləri zamanı çəkilmiş videoçarxı da dərc etmişdilər.
Rimac C_Two konsepti keçən il Cenevrə avtosalonunda təqdim edilməli idi, lakin bu sərgi, digərləri kimi, pandemiya səbəbiylə ləğv edilmişdi. Hiperkarın ilk prototipi üç il bundan əvvəl keçirilmiş Cenevrə avtosalonunda təqdim olunmuşdu. Karbonplastikdən hazırlanmış monokoka əsaslanan hiperkar 1914 at qüvvəsi və 2300 Nm fırlanma anı hasil edən dördmühərrikli elektrik güc qurğusu ilə təchiz edilmişdi.
Prototip 60 mil/saat (96 km/saat) həddinə sürətlənməyə iki saniyədən az vaxt sərf edir və 412 km/saatlıq maksimal sürət həddinə malikdir. C_Two prototipi dolu batareya ilə NEDC dövrünə əsasən 650 kilometrə qədər məsafə qət edir.