Elektrik hiperkarlarının və güc elektronikasının istehsalı üzrə ixtisaslaşmış Rimac Automobili şirkəti Bugatti markasının yeni sahibi ola bilər. "Car Magazin" nəşrinin verdiyi məlumata görə, razılaşma artıq Volkswagen konserninin rəhbərliyi tərəfindən təsdiqlənib, lakin müşahidə şurasının razılığı hələlik alınmayıb. Bu sövdələşmənin tərəflərindən biri də Porsche şirkəti olacaqdır. Bu sövdələşmə sayəsində Porsche Rimac Automobili şirkətinin səhmlərinin 50 faizinə qədərini əldə edəcəkdir.
Anonim mənbələr bildirdiyinə görə, Volkswagen rəhbərliyi iri səhm paketi qarşılığında, Bugatti şirkətinin aktivlərini Xorvatiyanın Rimac şirkətinə verməyi düşünür. Böyük ehtimalla, söhbətin 49 faizlik paketdən gedir. Əgər müşahidə şurası bu sövdələşməni təsdiqləyərsə, bu səhmlər artıq xorvat şirkətinin 15,5 faizinə sahib olan Porsche şirkətinə qismət olacaqdır.
Porsche şirkətini cəlb etmək isə məcburi addımdır. Əks halda, Volkswagen qrupun 50 faizinə nəzarət edən Pyex ailəsinin dəstəyini itirə bilər. Bu günki Bugatti şirkəti əslində Ferdinand Pyexin göstərdiyi səylərinin nəticəsidir.
Bu halda alman istehsalçısı bütün texnoloji yeniliklərə giriş imkanına malik olacaq və daha aktiv şəkildə model xəttinin elektrikləşdirilməsi ilə məşğul ola biləcəkdir. Rimac şirkətinə isə, öz növbəsində, Molsheymdəki mərkəzi ilə birlikdə Bugatti markasına hüquqları əldə edəcəkdir. Rimac şirkətinin qurucusu və baş icraçı direktoru Mate Rimats bu ilin iyul ayında fransız markasının fabrikini ziyarət etdiyi və oradan yaxşı təəssüratla ayrıldığı bildirilir.