Gələn ilin yazında keçiriləcək Cenevrə avtosalonunda elektrik hiperkarlarının istehsalçısı olan Rimac şirkəti yeni modeli təqdim edəcəkdir.
Yeni modelin tizeri şirkətin Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində dərc edilib. Hazırda istehsalçının model xəttində yalnız Concept One adlı model mövcuddur. Hiperkar hərəkətə 1224 at qüvvəsi və 1600 Nm fırlanma anı hasil edən dörd elektromotorla gəlir. Dartma vektoruna nəzarət edən sistem fırlanma anının hər bir təkər arasında bölünməsinin optimal həddini hesablayır və onu saniyədə 100 dəfə dəyişə bilir. Bundan başqa, sistem stabilizasiya sistemi, elektron ABS və trekşn-kontrol kimi fəaliyyət göstərir.
1850 kiloqram çəkiyə malik olan hiperkar 100 km/saat həddinə 2,5 saniyəyə, 200 km/saata - 6,2 saniyəyə, 300 km/saata kimi isə 14,2 saniyəyə sürətlənir. Onun maksimal sürəti 355 km/saatdır.
Rimac Concept One