Amerikan Ringbrothers atelyesi SEMA tüninq şousunda iki maraqlı layihə nümayiş etdirib. Layihələr 1969-cu ilin Chevrolet Camaro və Ford Mustang Mach1 modellərinin əsasında hazırlanıblar. Camaro modelinin bazasında yaradılmış avtomobil Valkyrja, Mustang kupesinin əsasında hazılanmış model isə UNKL adlandırılıb.
Camaro modeli Wegner Motorsports firmasının V8 mühərriki və Flowmaster səsboğucu sistemi ilə təchiz ediblər. Valkyrja Belçikada yaşayan müştərinin sifarişi ilə inşa edilibdir. Müştəri avtomobili mifik döyüşçü qızlar olan valkiriyaların şərəfinə adlandırıb. Lakin, modelin adı qədim skandinav üslubunda yazılıb. Kupenin kapotunun altında 6,8-litrlik LS3 V8 mühərriki və 2,9-litrlik Whipple mexaniki kompressoru yerləşir. Mühərrikin gücü 902 at qüvvəsidir.
Güc aqreqatı 6-pilləli Tremec mexaniki transmissiyası ilə tandemdə çalışır. Ötürmələr qutusu Bowler firması tərəfindən təkmilləşdirilib. Bundan başqa, Camaro John’s Industries körpüsü və Detroit Speed Engineering firmasının komponentlərindən hazırlanmış asqı sisteminə sahib olub. Avtomobil çıxış boruları mərkəzdə cəmlənmiş Flowmaster buraxılış sistemi ilə də təchiz edilib. Restomodun xarici kuzov panellərinin bir hissəsi 3D printerində çap olunub. Valkyrija-nın kapotu, damı, ön splitteri və diffuzoru karbondan hazırlanıb.