İsveçrənin Rinspeed şirkəti, gələn ay Las-Veqasda keçiriləcək Consumer Electronics Show sərgisində, xüsusi hazırlanmış prototipi nümayiş etdirmək niyyətindədir. İsveçrəlilər BMW i8 avtomobilinin bazasında hazırlanmış və Etos adlandırılan prototipi avtonom idarəetmə və dron ilə təchiz etmişlər. Avtonom idarəetmə zamanı avtomobilin sükanı ön panelin içərisinə yığılır. Prototip səkkiz ədəd yüksək icazəli rəqəmsal videokameralar vasitəsi ilə çalışan dairəvi görünüş sistemi, digər avtomobillərlə qarşılıqlı əlaqə sistemi və rəqəmsal arxa görüntü kameraları ilə təchiz edilir.

Yuxarıda qeyd etdiyimiz kimi, prototipin avadanlığına dron da daxil edilmişdir. Avtomobilin sahibi bu dron vasitəsi ilə alışdığı malları avtomobilə çtdırmaq və ya prototip hərəkətdə olan zaman onu çəkmək üçün istifadə edə bilər. Bu zaman o havadan çəkilmiş görüntülərin yaxınlarına və dostlarına birbaşa yayımını təşkil etmək imkanına malikdir.  

Dron üçün nəzərdə tutulmuş uçuş-eniş meydançası Rinspeed Etos’un  arxa hissəsində yerləşir. Bu meydança 12 min ədəd işıq diodundan hazırlanmışdır ki, arzu olunarsa, onlar vasitəsi ilə ismarıclar göndərmək və ya «rəqs meydançası» yaratmaq mümkündür.

Bundan əlavə, Etos’un sürücü və sərnişini üçün iki ədəd 21,5 düymlük qatlanmış displeylər də nəzərdə tutulmuşdur.  Bu displeylər onların şəxsi arzularına uyğun olaraq sazlana bilər.

Prototip həmçinin, Harman Connected Car məlumat-əyləncə sistemi ilə təchiz edilir. Bu sistem sürüçünün arzularına uyğunlaşa bilir və «şəxsi köməkçi» qismində fəaliyyət göstərir.

Misal olaraq sistem, marşrut üzrə məsləhətlərin verilməsi, maraqlı yerlər barədə məlumatın hazırlanması, və yaxud musiqi və videokliplərin seçilməsi kimi işləri boynuna götürə bilər. Mütəxəssislərin fikrincə bu sistem sürücü və sərnişin tərəfindən edilən manipulyasiyaların sayını azalda bilər.

Avtomobilin multimediaya sistemini səsli komandaların, əl hərəkətlərinin və dümələrin vasitəsi ilə idarə etmək olar.

Digər bir maraqlı sistem E-Horizon deyilən sistemdir ki, o sürücünün baxışlarının istiqamətini izləyərək, nəyin sürücünün nəzərini cəlb edib-etmədiyini araşdıraraq ola biləcək təhlükələr barədə xəbərdarlıq edir. 

Bütün bunlara əlavə olaraq, Rinspeed Etos akkumulyatorları qızdıran «ağıllı» isitmə sistemi, telemetriyanın ötürülməsi, avtomatik parklanma, smartfonların simsiz doldurulması, açarsız daxil olma və mühərriki işə salma sustemi ilə təchiz olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt