Özünün qeyri-adi lahiyələri ilə məşhur olan Rinspeed şirkəti Las-Veqas şəhərində keçiriləcək məişət elektronikası CES (Consumer Electronics Show) sərgisində yeni konsept nümayiş etdirməyi planlaşdırır. İsveçrəlilər, “Oasis” adlı elektrik hetçbekini “Ulduz müharibələri” filmindəki R2D2 robotunun “dostu” adlandırırlar.

İsveçrə şirkətindən bildirildiyinə görə, Oasis konseptini kinosaqadakı robotla futurustikliyi və çox kiçik dönmə radiusu doğmalaşdırır.  Rinspeed Oasis alın şüşədə məlumatı əks etdirən proeksiya displeyi və ön paneldə yerləşdirilmiş iki iri sensor displeyi ilə təchiz edilmişdir. Avtomobil iki nəfər üçün hazırlanmışdır. Onun salonunda iki stəkan altlığı olan açılan masa quraşdırılmışdır. Oasis hetçbekinin baqaj bölümü daşınan əşyaların isidilməsi və ya soyudulmasını təmin etmək üçün hazırlanmışdır.  Bu Oasis’i yemək və ərzaqların daşınması üçün ideal edir. Avtomobilin texniki xarakteristikaları haqqında məlumat verilməmişdir. Çox güman ki, konsept haqqında ətraflı məlumat onun təqdimat mərasimi zamanı səsləndiriləcəkdir.